112.654 test tapşırığının analizi və proqramçı əmək bazarının 2019-cu il trendləri

112.654 test tapşırığının analizi və proqramçı əmək bazarının 2019-cu il trendləri

Code-News
19.02.2019 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Bənzər xəbər


#Step IT Academy tərəfindən təqdim olunur  



    Tərcüməsini sizə təqdim etdiyimiz məqalə proqramçı əmək bazarının analizi əsasında yazılıb. Devskiller şirkəti rekrutinq sahəsi üzrə işləyir və burada o, proqramçıların işə götürülmə zamanı etdikləri ümumi 112.654 test tapşırıqlarının nəticələrini paylaşır. Söhbət, tapşırıqları ən yaxşı edən proqramçıların hansı ölkələrdə yaşamasından, ən çox xaricdən kadr cəlb edən ölkələrdən və hansı texnologiyalara ən çox tələbat olmasından gedir.

    Əmək bazarı və onun analizi

    İnformasiya yetərliliyi - Proqramçı kadrlarının cəlb olunması prosesində ən əhəmiyyətli məqam məhz budur. İnformasiyanı n yetərli olması həm işə götürənlər üçün həm də namizədlər üçün ədalətli yekun ilə nəticələnir. Əgər rekrutinq işinə baxan şəxs IT-sənayesinin trendlərini bilirsə, əmək bazarında hansı bilik və təcrübələrin lazımlı olması barədə yetərli məlumatı varsa və vəzifə üçün tələb olunan proqramçıların harada olduqlarını bilirsə, onun üçün bir-birinə uyğun proqramçını və işçi axtaran şirkəti düzgün müəyyən etmək daha asan olacaq.

    Devskiller şirkəti texniki sahədə iş axtarışı üzrə xidmət göstərir. Bənzər araşdırmaların ən vacib hissəsi proqramçı qəbulu üçün məlumatın toplanılmasındadır. Lakin bu sahədə işləyən şirkətlər bir ümumi problem ilə üzləşirlər.

    Söhbət “proqramçı qəbulunun trendlər”indən gedir. Devskiller-in çətinliyi məhz hansı məlumatların həqiqətən zəruri olmasını müəyyən etməsində idi. Misal üçün, prosesin iştrakçıları arasında aparılan sorğularda subyektivlik dərəcəsi dəhşətli dərəcədə çox idi. Halbu ki, həm iş axtarışı həm də işçi axtarışı üçün rekruterə dəqiq, güvənilir və obyektiv məlumatlar lazımdır. Ona görə də Devskiller artıq mövcud olan məlumatları araşdırmağa başladı.

    Proses zamanı bu şirkət işçi axtaran şirkətlərə proqramçı axtarışında kömək edir. İşçi axtaran şirkət müəyyən texnologiyalar əsasında sınaq tərtib edib onu köməkçiyə (Devskiller-ə) göndərir. Sınaq özü bir neçə hissədən ibarət ola bilər. Məsələn, onun içərisində müəyyən bir sual-cavab testi və praktiki tapşırıq ola bilər. Praktiki tapşırıq adətən müəyyən bir proqramın kodunda mövcud səhvi tapıb göstərməkdir.

    Keçən il ərzində Devskiller 112.654 belə sınaq topladı. Şirkət hesab edir ki, bu məlumatlar - əmək bazarında ən dəyərli mənbə hesab oluna bilər. İş həmişə sözdən daha möhkəm danışır. Məsələ burasındadır ki, sınaqlardan toplanılmış verilənlər şirkətlərin potensial işçilərdən hansı biliklərin gözləməli olduqlarına obyektiv cavab verirlər. Həmçinin, coğrafi baxımdan da lazımlı proqramçıların hansı ölkələrdən cəlb olunmasının daha məqsədəuyğun olmasını aydın şəkildə görmək olur.

    Məqaləni dəyərli edən digər bir məqam da tanış olacağınız məlumatların texnoloji proqnozlar deyil, real tələblər əsasında formalaşmış olmasıdır.

    Sınaqları uğurla yerinə yetirən proqramçılar əsasən harada yaşayırlar?

    Məlum oldu ki, sınaqlardan uğurla keçən proqramçıların çoxu (54.66%) - Yeni Zellandiyadandır.

    Proqramçılar çevrəsində həmişə sağlam rəqabət mühiti olub. Proqramçılar daima öz biliklərini ətrafdakılar ilə müqayisə edib, boşluqları doldurmağa çalışırlar. Belə müqayisələr beynəlminəl xarakter halına gələrək proqramçıların öz təhsil və professionallıq dərəcəsinə necə yanaşdıqlarını müəyyən edirlər.

    Sınaqlarda 120-dən çox ölkə iştirak edib. Əgər bu ölkələr üzrə nəticələri hesablasaq birinci yerdə Yeni Zelandiya (54.66%), ikinci yerdə Niderland (53.58%) üçüncü yerdə isə Rusiya proqramçıları (50.14) yerləşir. Bu isə sınaqlardan uğurla keçmiş proqramçıların ölkələr üzrə Top 10 -luğudur.

    Belə nəticələrin səbəbi nə ola bilər? Bəlkə məsələ təhsil sistemlərinin xüsusiyyətlərindədir? Yoxsa bəzi ölkələrdə verilən sınaqlar daha asan olub? Güman edilir ki, Yeni Zelandiyanın birinci yer tutmasının əsas səbəbi ölkənin xaricdən peşəkarların cəlb olunması üçün gördüyü işlərdədir. Məhz bu strategiya ölkəni birinci edə bildi.

    Burada ikinci sual yaranır. Ən yaxşı göstəriciləri olan ölkələr xaricdən kadr cəlb olunması üçün uyğundurmu?

    Ən çox xarici peşəkarlar cəlb edən şirkətlər harada yerləşirlər?

    Məlum oldu ki, ABŞ şirkətlərinə işə düzəlmiş kadrların 30%-dən çoxu xaricdən cəlb olunub. Nəzərə almalıyıq ki, ümumi bütün sınaqların 40%-i xarici peşəkarlara yönəlib. ABŞ eyni zamanda işçi qüvvənin eksportu üzrə də ölkələr arasında 2-ci yerdədir.

    ABŞ üçün 30% o qədər də qeyri-adi görsənmir. ABŞ-ın texnoloji sektorunun inkişafı və proqramçıya verilən yüksək maaş bütün dünyadan peşəkarları buraya cəlb edir. Budur, xaricdən proqramçı cəlb edən Top 5 ölkə:

    İşçi eksportu üzrə Hindistan birinci yerdədir. Devskillerdə sınaqdan keçmiş proqramçıların 1/4 hissəsindən çoxu da məhz bu ölkədəndir.

.

    Maraqlısı ondadır ki, ABŞ burada ikinci yerdədir. Belə çıxır ki, ölkə çox maraqlı bir vəziyyətdədir. Bir tərəfdən ən aktiv ölkəyə kadr cəlb edir digər tərəfdən də kadr itkisi ilə üzləşən ölkələr arasında ikinci yeri tutur.

    Bütün bunlar proqramçı əmək bazarının beynəlxalq olmasına işarə edir. Ola bilsin ki, bu, əməyin daha effektiv olmasına tərəf aparır, çünki şirkətlər proqramçıları harada yaşadıqlarına görə yox, biliklərinə görə qiymətləndirirlər.

    Həmçinin ABŞ proqramçılarının onların biliklərinə ehtiyac olan ölkələrdə işləməyə razı olduqlarını da görürük.

    Söhbət hansı biliklərdən gedir? Şirkətlər hansı peşəkarları axtarırlar? Trend hansı tərəfə gedir?

    Ən çox tələb olunan texnologiyalar

    Statistikanın verdiyi rəqəmlərə əsasən şitkətlərin 70%-i Javascript proqramçı axtarırlar. Eyni zamanda IT dünyanın növbəti dahiyanə varlığının nə olacağı üzərində söhbətlər gedir. Lakin qeyd etməliyik ki, Kotlin-in qalxmağı və ya Golang-ın dünyanı zəbt edəcəyi barədə olan düşüncələrin səsləndiyi zamanda bu və digər texnologiyaların hələki böyümə mərhələsində olduğunu nəzərdən qaçırmamalıyıq.

    Şirkətlərin çoxunda Javascript kimi texnologiyalara ciddi tələbat var. Bunu elə yuxarıda qeyd etdiyimiz faiz dərəcəsi də təsdiq edir. Gəlin beş ən çox tələb olunan texnologiyalar göstəricilərinə baxaq.

     Həmçinin gəlin sınaq zamanı namizədlərə verilən tapşırıqlarda istifadə olunan texnologiyalara da nəzər salaq. Burada isə birinci yeri Java tutur. Sınaqların tapşırıq hissəsində istifadə olunan texnologiyalar Bu araşdırmanın nəticəsindən belə qənaətə gəlmək olar ki, Javascript istənilən miqyaslı işlər üçün uyğun gəlir. Java isə, digər tərəfdən, böyük komandaların tələblərinə daha uyğundur. Yox, əgər şirkətlərin fərqli tələbləri barədə danışası olsaq, onlar bütöv texnologiyalar steki miqyasında yox ayrı-ayrı stek baxımından fərqlənirlər. Şirkətlərin 70%-i Javascript proqramçılar istəyərkən, bu analizə daha diqqətli baxdıqda maraqlı hal ilə üzləşirik. Fərqli şirkətləri fərqli freymvork və kitabxanalar maraqlandırır. Proqramçılardan təmiz Javascript bilməsi yox Javascript və üzərində yazılmış React, Angular, Vue və ya Node.js bilməsi tələb olunur.

      Java öyrənmək istəyirsən? Java kurslarına qoşul

    Proqramçı peşəsi üzrə iş axtaranların gözləntiləri nə olmalıdır?

    İş axtaranlara məsləhət görərdik ki, şirkətin sizin bir dili nə qədər dərindən bilməyinizi qiymətləndirəcəyini gözləməyin. Şirkətlərə dilin əsasları yox, dil ilə əlaqədar texnologiyalar üzrə bilik dərəcəsi maraqlıdır.

    Həmçinin qeyd etməliyik ki, şirkətlər stek texnologiyası yanaşmasını təkcə Javascript proqramçısı axtaranda istifadə etmirlər. Dildən asılı olaraq onları bütöv dil yox, konret altsahə maraqlandırır. Məsələn, əgər siz Java mütəxəssizsinizsə, Spring üzrə tapşırıq keçəcəksiniz və ya sırf Android tərtibatçılığı üçün axtarılacaqsınız.

    JavaScript proqramçılarından isə React, Angular, jQuery, Node.js və ya Ember bilməsi tələb olunur.

    Verilənlər bazası tərtibatçılarını Mysql, PostreSQL və ya HSQLDB üzrə sınaqlar gözləyir.

    PHP proqramçılarından Laravel və ya Symphony tələb olunur.

    Python üzərində yazanlar isə Django, Pandas və ya Numpy üzrə iş tapa bilərlər.


    Bütün bunlardan belə bir nəticəyə gələ bilərik ki, müasir proqramçıya bir dilin dərin bilməsi yetərli deyil. Əmək bazarında müəyyən struktur üzrə iş bacarıqları yüksək qiymətləndirilir və şirkətlər məhz belə kadrlar axtarırlar.

    Bütün bunlar onu deyir ki, yaxşı iş tapmaq istəyən yaxşı proqramçı təkcə proqramlaşdırma dilini bilməli deyil, onunla əlaqəli kitabxana və freymvorklarnan da işləməyi bacarmalıdır.

    Backend və verilənlər bazası

    Server tərəfli bilikləri çox vaxt verilənlər bazaları üzrə iş ilə birgə sınayırlar. Təbii ki, bəzi pozisiyalarda müəyyən bir stek kifayət edə bilər. Lakin proqramçılardan adətən bir-birini tamamlayan biliklər istənilir. Bu zaman sual yaranır. Hansı biliklər bir-birini tamamlayan hesab olunurlar.

    Çox hallarda söhbət server tərəfli həllər texnologiyalarından və verilənlər bazaları ilə işləməkdən gedir. Biz burada bütün verilənlər bazası texnologiyalarını ümumi olaraq “SQL” adlandıracağıq.

    Səkkiz texnologiya kombinasiyalarından ən çox tələb olunanı 26% ilə Java və SQL birləşməsidir. .Net və SQL birləşməsi isə 9% hallarda tələb olunur.

    Node.js-ın sayəsində artıq server dili də hesab olunan Javascript dili SQL texnologiyaları ilə birgə 15% hallarda tələb olunur. Və nəhayət, PHP və SQL birləşməsi 7% hallarda lazımdır.

    Həmçinin qeyd etməliyik ki, əgər söhbət “frontend”dən gedəcəksə JavaScript 18% hallarda CSS ilə birgə soruşdurulur. Digər birləşmələrə nəzər yetirsək, .Net və Javascript 8%, PHP və JavaScript 7%, Java və JavaScript isə 6% hallarda kombinasiya halında tələb olunur.

    Buradan çıxan nəticə odur ki, əgər siz “backend” proqramçısınızsa sizə verilənlər bazası üzrə işi də bilməyiniz vacibdir. Analoji olaraq əgər siz özünüzü “full stack” olaraq təqdim edirsinizsə hansı dildə yazmağınızdan asılı olmayaraq “frontend” üçün JavaScript bilməlisiniz.

    Proqramçıların işə götürülən zaman tapşırıqlardan keçmələrinə münasibətləri

    Biz burada iş axtaran proqramçılara tapşırıqlar verilməsi barədə danışdıq. Bütün bu araşdırma məhz belə sınaqlar əsasında formalaşıb. Lakin bəzi çevrələrdə belə yanaşma birmənalı qəbul olunmur.

    Adətən test tapşırıqları çox zaman almasına görə tənqid olunurlar. Bəzi hallarda isə bu tapşırıqların ümumiyyətlə iş ilə heç bir əlaqəsi olmur. Bəzən isə bu tapşırıqlar proqramçıların öz biliklərini nümayiş edə bilməsi üçün yetərli olmur. Bu hallara görə bir çox hallarda hətta proqramçılar onlara tapşırıq verilərsə onu etməyəcəklərini və işdən imtina edəcəklərini deyirlər və nəticədə şirkət ona uyğun olan proqramçını əldən buraxmış olur.

    Buna görə də təklif olunan proqramçılara bizim tapşırıqlar veriləndə 73%-nin razı olması və bütün bu araşdırma da məhz bu 73% proqramçının iştrakı əsasında formalaşmış olması bizi sevindirir. Bu yüksək rəqəm onu göstərir ki, tapşırıq düzgün və aidiyyatı tərtib olunanda insanların çoxu onu yerinə yetirməyə razı olur. Nəticədə işəgötürən tərəf isə bilik və təcrübə barədə aktual məlumat almış olur.

    Fərqli ölkələrdə işçi qəbulunun xüsusiyyətləri

    Biz artıq dedik ki, fərqli ölkələrdə proqramçıların orta hazırlıq dərəcələri fərqlidir. Bu tendensiya namizəd götürən şirkətlərin aydınlığında da özünü göstərir. Bu niyə belədir?

    İlkin olaraq tələb və təklif ideyasını səbəb görürük. Ola bilsin ki bəzi yerlərdə bir pozisiyaya bir neçə şəxs müraciət etmiş olsun. Bundan savayı bəzi şirkətlər digər şirkətlərə nisbətən yeni işçi üçün daha çox tələb qoya bilərlər.

    Təəccüblü deyil ki, ən çətin işə qəbul olma yolunu Sinqapur proqramçıları keçir. Bu çox inkişaf etmiş və təhsili yüksək dərəcədə olan bir ölkədir.

    Bundan savayı, Sinqapur iqtisadi göstəricilərinə görə də qonşularından fərqlənir. Nəticədə bu ölkədə yerləşən şirkətlər bütöv Cənub-Şərqi Asiya proqramçıları üçün cəlbedicidir.

    Nəticə

    Bu material 2018-ci il ərzində toplanılmış data əsasında tərtib olunub, lakin buna baxmayaraq yekun rəqəmlər IT sahənin 2019-cu il trendləri barədə də xəbər verir:

● Yeni Zelandiya kimi ölkələr peşəkar proqramçıların yeni zəngin mənbəsinə çevrilə bilər.

● Hindistan nəhəng proqramçı mənbəsidir, ABŞ ondan az geri qalır.

● JavaScript kimi çoxdan təqdim olunmuş texnologiyalar hələ də aktuallığını itirmir.

● İş axtaran proqramçı təkcə dili yox, onunla sıx əlaqəli texnologiyaları da bilməlidir.

● Proqramçılara bir-birini tamamlayan texnologiyalara yiyələnmələri tövsiyyə olunur. Məsələn, server tərəfi adətən verilənlər bazası ilə birgə tələb olunur.

● Əgər proqramçı axtaran şirkət onlara verdiyi tapşırığı düzgün tərtib etsə namizədlərin çoxu bu tapşırığı düzgün yerinə yetirməyə razı olacaq.

● Sinqapur şirkətlərinin tələbləri çox yüksəkdir.

    Əgər bu rəqəmləri hərtərəfli analiz etmək istəyirsinizsə bu məqalənin əsasında olan araşdırma ilə tanış ola bilərsiniz.

Tərcümə etdi: Həsənağa Azad

Java üzrə proqram təminatının yaradılması kursu - Kurs haqqında

    


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


2020-ci ildə məlumatların vizualizasiyası üçün aktual olacaq Top-8 JavaScript ki..

JavaScript-də məlumatları daha gözəl şəkildə təqdim etmək lazımdır?


Microsoft bu il olmuş qeyri adi fişinq kiberhücumlarından danışdı

Bir neçə müddət bundan öncə isə Microsoft şirkəti kiberhücumlar və malware-lar üzrə trendləri əks et..


Microsoft Windows-da 0-day boşluğu da daxil olmaqla 7 kritik sistem boşluğu arad..

Microsoft şirkəti bu ay təqdim etmiş olduğu yenilənmələr ilə öz sistemlərində 36 boşluğu aradan qald..


Microsoft Teams platformasının Linux versiyası təqdim edildi

Microsoft şirkəti Microsoft Teams platformasının Linux versiyasını təqdim edib.


OpenBSD-də 4 ciddi sistem boşluğu aşkar edilib

OpenBSD-də 4 ciddi sistem boşluğu aşkar edilərək aradan qaldrılıb.


Sadə tətbiqlərin müxtəlif proqramlaşdırma dillərindəki test nəticələri təqdim ed..

Assembler x86_64-də HeavyThing adlı azad kitabxananı reallaşdırmış müəllif Jeff Marrison “Assembler-..

×