main-post-cover

    2019-da nələri öyrənməyə dəyər: Top 10

    Digər
    Code-News
    02.01.2019
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  





    Tərcüməçidən: Proqramçı və geek olan professor Uilyam Buçananın məqaləsini sizinlə paylaşırıq. O, 2019-cu ildə öyrənilməsinə dəyən 10 altsahə barədə danışır. Bizim həyatımız daima yeniliklər axtarışına gedən bir yol olmalıdır. Gəlin 2019-cu ili rəqəmsal aləmin təkmilləşmə və proqress ilinə çevirək. İmkan daxilində səthi öyrənməni yox, dərinlikləri araşdırmanın tərəfində olun. Məhfumların məğzini incələyin. Bu isə mənim bu il öyrənmək istədiklərimdir.

    Python-da proqramlaşdırma.
        Mən C, C++ və C# ilə işləyirəm. Mən ASP.NET MVC-ni öyrənmişəm və bu texnologiyadan istifadə edərək sayt yaradılışı ilə məşğul olmuşam. Əvvəl elə düşünürdüm ki, hər şeyin əsası Visual Studio-dur. Amma daha sonra anladım ki, başqa bir yol da var. Və bu daha maraqlı və əyləncəli yolun adı - Python-dur. Mən bu dil ilə işləməyə başladıqda bəzi tapşırıqların reallaşma problemi tamamilə aradan çıxdı. Dilin sintaksisini sevməməyimə və bəzi həllərin istifadəsindən qaçmağıma baxmayaraq, Python mənim yeni layihələrim üçün № 1 seçim oldu. Bu dil hər yerdədir. Bitcoində, veb servislərdə, hər yerdə. Onda niyə də Python öyrənib, habelə məktəblərdə də uşaqlara onu tədris etməyək? Cəmi bir neçə sətr kod sizə yeni rəqəmsal kainat yaratmağınıza kömək edə bilər. Bütünlükdə, bizim dünyamız bu gün Python, Java,. NET Javascript və bir çox digər platfotmalardan ibarətdir və bunların “qarışığından” nə istəsən yarada bilərsən.

    Kripto-nu öyrənin!
        Kriptoməzənnəni yox, kriptoqrafiyanı. Bu gün kriptoqrafiya kibertəhlükəsizliyin zəif yeridir. Mənim üçün o, elektrikin Om qanununun analoqudur. Bu sahə rəqəmsal aləmin mərkəzi olmalıdır. Onu, əsasında duran bütün riyazi metodları araşdıracaq qədər dərindən öyrənməyə ehtiyac yoxdur. Amma hər kəs xeşləməni, şifrələnməni, simmetrik açarları və imzaları bilməlidir.

    Zero-knowledge Proofs (ZKPs).
         Biz dəlisov rəqəmsal bir dünyada yaşayırıq. Biz hələ də istifadəçilərdən identifikasiya üçün şifrə yazmağı istəyirik. Amma niyə biz hələ də “login/parol” birləşmələrini tələb etməyən digər üsullara keçməmişik? Bizim gələcəyimizə şəxsi məlumatların möhkəm müdafiəsi lazımdır, istifadəçilərə bu halda şifrələr lazım deyil, daha ciddi təhlükəsizlik istifadə olunmalıdır. Ona görə də ZKP öyrənin.

    Homomorf şifrələnmə.
         Niyə biz hələ də kök məlumatı aşkar edən verilənlərdən istifadə edirik? Biz elə etməliyik ki, şifrələnmə tərəfə gedək amma bu, adi əməliyyatların aparılmasında əmmalar yaratmasın. Bəziləri ZCach və Monero və məlumatın aşkar olunmadan emalına yol açan metodlardan istifadə edərək şəbəkəni dəyişmək istəyirlər. Əgər biz həqiqətən də bu tərz sistemlər yarada bilsək onda biz həqiqi GDPR dünyasına keçid edə biləcəyik. Hazırki zamanda isə biz sadəcə GDPR ilə uyğunlaşa bilən saxta bir əhatə yaratmışıq.

    Javascript-də daha çox yazın.
         Bir neçə il öncə mən demişdim ki, Javascript öləcək, çünki onunla işləmək çətindir. Əslində mən çox səhv etmişəm. Javascript çiçəklənməyə davam edir, Proqramçılar bu dilin əsasında hər gün yeni-yeni sistemlər yaradırlar. Onlara hələ Node.js da kömək edir. Mənə gəldikdə isə, mən özümə uyğun bir Git repositoriyası tapdım, npm install komandası ilə, bir neçə sətr kod və konsol ilə işləyirəm (hə mən xətaların aşkar olunması üçün hələ də alert(msg) istifadə edirəm). Javascript dünyasında biz əşyaların məğzini görürük və bir çox hallarda bu daha yaxşı işləyir, nəinki daha çətin tərtibatçılıq əhatələrində. DLL günləri keçmişdədir, brauzer inteqrasiyasına uzun ömür diləyək.

    Pandas və vizual verilənlərin öyrənilməsi.
        Dünya bizim əlimizdədir. Python və R onu tədqiq etməyə yol açdı. Ona görə də əsas məsləhətim - Pandas-ı xırdalayın. Təbii ki, riyazi üsullar ilə. Amma məlumat analizinin heç bir mənası olmur əgər siz onu vizualizə edə bilmirsinizsə. Ona görə də hesabatları qrafik formada göstərməyi öyrənin. Diaqram və bənzər üsulları mütləq öyrənin.

    Elliptik kriptoqrafiya.
        Kriptoqrafiya elminin məhz bu qolu bizim tranzaksiyaların, şəxsiyyətimizin və şəbəkə əlaqələrimizin müdafiəsi üçün istifadə olunur. O, riyazi baza sayəsində işləyir və xaotik rəqəmsal aləmə səliqə gətirir. Blokchain, Ledgers, DAG - bütün bunlar elə elliptik kriptoqrafiyanın özüdür.

    Big Data və kibertəhlükəsizlik.
         Biz «kibertəhlükəsizlik» dedikdə böyük məlumatlar barədə danışırıq. Hücumun aşkar olunması və məhv edilməsi sürəti hələ bu qədər kritik olmamışdı. Mənim məsləhətim - Splunk açaraq bir neçə məlumat toplusu alın və onları incələyin. Proqramçılıq təcrübəsinin gələcəyi analitik təcrübədir. Odur ki, gəlin indidən beynimizi məşq elətdirək.

    AWS.
        Amazon Web Services hazırda digital-ın əsas hissələrindən birini tutur. Əgər siz geriyə baxsaz, görərsiniz AWS necə getdikcə hər kəs üçün əhəmiyyətli bir servisə çevrilirdi. Təəssüf ki, AWS hələ bütünlüklə istifadə olunmur, amma biz tez öyrənirik. Və Amazon servislərini mənimsəyə bilmiş şirkətlər öz bazarlarının liderlərinə çevriləcəklər.

    Protokol və şəbəkələr.
        Kibertəhlükəsizlik - şəbəkə və protokollardır. Bunları bilmədən onun əsasını başa düşə bilməzsiniz. Ona görə də virtual maşınlar işə salıb öz şəbəkənizi qurun. Sonra isə üsulları xırdalayaraq onu araşdırın.

    Bütün məsləhət etmək istədiklərim bunlar idi. Bəs siz 2019-cu il üçün nələri öyrənməyi tövsiyyə edirsiniz?
    Linki kopyala