main-post-cover

    2020-ci ildə Microsoft Internet Explorer 10-un dəstəklənməsini dayandıracaq

    Digər
    Code-News
    05.02.2019
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  




        Microsoft Korporasiyası 2020-ci ildə nəinki Windows 7, Internet Explorer 10 üçün də yenilənmə buraxılışını dayandıracaq. Brauzerin bu versiyası ilk dəfə 2012-ci ildə təqdim olunub. 2016-da şirkət IE11-ə fokuslandı, amma 10-u da atmadı. Buna baxmayaraq şirkət dəstəyi tədricən dayandırmağı qərarlaşdırdı.
         Problem ondadır ki, Windows-un öncəki versiyaları IE11-i dəstəkləyə bilməzlər, ona görə də Windows 10 üçün Microsoft Edge ilə kifayətləndi. Internet Explorer 10-a gəldikdə isə, onu Windows Server 2012 və Windows Embedded 8 Standard dəstəkləyir. Lakin gələn il 14 yanvardan etibarən brauzer üçün yenilənmələr buraxılmayacaq.
         Microsoft köhnə brauzeri yeniləməyi və təkmilləşdirməyi dayandıracaq. Müştərilərə 31 yanvar 2020-yə qədər IE 10-dan IE 11-ə keçmələri məsləhət görülür. Dəstəklənmə dayandırıldıqdan sonra da ödəniş əsasında yenilənmələrin mümkün olduğu Windows 7-dən fərqli olaraq hətta köhnə brauzerin yenilənməsinə görə ödəniş etməyə hazır olanlar belə bunu IE10 üçün edə bilməyəcəklər. Microsoft bu brauzerini köklü şəkildə məhv etməyi qərarlaşdırıb.
        Server 2012-ə gəldikdə isə korporasiya yenilənmə buraxacaq hansında ki, ƏS-inin çevrəsinə IE10 əvəzinə IE11 əlavə olunacaq.
        Windows 7-nin dəstəklənməsi də 14 yanvar 2020 tarixində dayandırılacaq. Lakin bu halda istifadəçilər ödəniş əsasında yenilənmələr əldə edə biləcəklər. İşin bu formada yönlənməsi yeni sistemə keçidin daha baha başa gələn şirkətlər üçün köhnə sistemin yenilənməsinə görə ödəniş etmək daha əlverişli olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər