main-post-cover

    Apple Facebook və Google şirkətlərinə korporativ tətbiqlərin imza sertifikatlarını geri qaytardı

    Digər
    Code-News
    03.02.2019
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  




        TechCrunch-ın bu yaxınlarda verdiyi məlumata görə, Facebook adi insanlar arasında korporativ sertifikat ilə imzalanmış kənar tətbiqini yayırdı. Bu, iOS platformasının qaydalarının kobud şəkildə pozuntusudur. Belə ki, 31 yanvar tarixində Facebook-un sertifikatı geri çəkildi. Lakin elə həmin gün axşam şirkətə yeni sertifikat verildi.
         Google üçün də eyni vəziyyət tez həll olundu. Qayda pozuntusu eyni idi. Axşam onlardan sertifikatı geri çəkdilər, beş saat sonra isə yenisini təqdim etdilər. Odur ki, daxili iOS tətbiqlərinin işi ilə bağlı problemlər aradan qaldırıldı.
         Facebook və Google məsələsi yayıldığı zaman mütəxəssislər həmin məsələyə diqqət yetirməyə başladılar və eyni qaydaların əməl olunmasını digər şirkətlər də gördülər. Qaydanı pozmuş şirkətlər arasında Amazon da var.
        Ola bilsin ki, korporativ sertifikatlar barədə qayda pozuntusu xəbərlərini biz hələ çox eşidəcəyik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər