Apple iPhone və iPad tətbiqlərini Mac-a köçürəcək
Digər
Code-News
06.03.2019
Farid Pardashunas
#Step IT Academy tərəfindən təqdim olunur
Bloomberg-in verdiyi məlumata əsasən Apple Marzipan təşəbbüsü əsasında tərtibatçılara həm iOS-ə həm də macOS-ə yüklənilə bilən universal tətbiqlər yaratmaq imkanını verəcək.
Universal platformanın 2021-də işə salınması planlaşdırılır.
Elə bu il Apple tətbiqləri iPad-dan macOS-ə köçürmək imkanını verən yeni SDK buraxacaq. Buraxılışın iyun ayında WWDC 2019 tədbirində elan olunacağı gözlənilir.
2020-də şirkət iPhone tətbiqlərini Mac-a buraxacaq, 2021-də isə ümumi binar olacaq, hansı ki, eyni zamanda həm iPhone-da, həm iPad-da həm də Mac-da istifadə oluna biləcək.
Tətbiqlərin universallığı potensial olaraq proqramçılara daha çox gəlir gətirəcəkdir, istifadəçilər üçün isə bu daha geniş seçim imkanları yaradacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!