main-post-cover

    Belçikalı özü öyrənmiş proqramçı MİT-nin 20 illik kriptoqrafik məsələsini həll etdi

    Digər
    Code-News
    01.05.2019
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  





       

       Məsələ barədə:
        Məsələnin özü ilə buradan tanış ola bilərsiniz. Onu 1999-cu ildə MİT-nin süni zəka laboratoriyasının professoru və RSA kriptoqrafik müəlliflərindən biri olan Ronald Rivest fikirləşib. Məsələnin əslində heç bir elmi kəşf məqsədi yoxdur. Lakin onu mütləq ardıcıl hesablamalar ilə həll etmək lazımdır. Bu səbəbdən yaradıcı düşünürdü ki, məsələ 2034-cü ildən tez həll olunmayacaq 

        Texniki detallar:
        Əvvəlcə w=2^(2^t) (mod n) həll etmək lazımdır harada ki, n 616 rəqəmdən ibarət iki sadə ədədin vurmasıdır, t=79685186856218 isə Mur qanununun təsirini müvazinətləşdirən parametrdir. Daha sonra w xor z həll etmək lazımdır harada ki, z 616 rəqəmdən ibarət bir ədəddir. Nəticə kodlaşdırılmış bir ismarıc olacaq, hansı ki, n ədədi ilə aparılacaq növbəti əməliyyatları əhatə edəcək. 


        İndi nə olacaq?
        Məsələnin həlli tapıldıqda və ya qoyulmuş vaxt bitdikdə laboratoriya içində Tim Berners-Li, Bill Geyts və digər məşhur şəxsiyyətlərin “artefaktlarının” olduğu zaman kapsulasını açmalıdır. Mərasim 15 may tarixində keçiriləcək.

        
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər