main-post-cover

    Brendlər mobil oyunları mənimsəməyə başlayırlar

    Digər
    Code-News
    28.01.2019
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  




        eMarketer şirkəti deyir ki, Mobil oyunlar rəqəmsal oyunlar arasında ən böyük auditoriyaya sahib bazardır. Böyük reklamverənlər onları daha yaxşı reklam platforması hesab etməyə başlayırlar.
         Belə ki, 2019-un sonunda ABŞ-da 147.8 milyon mobil oyunçu olacağı proqnoz edilir. Konsollardaki oyunçu sayı isə cəmi 91 milyon olacaq. Belə olduqda mobil auditoriya reklamverənlər üçün yaxşı imkandır. İstifadəçilər arasında 2018-ci ilin yay aylarında ABŞ-da aparılmış sorğu nəticələrinə görə, sorğuda iştrak etmişlərin 49%-i oyunların daha üstün reklam imkanlarına malik olduqlarını dedi. 24% isə sosial şəbəkə reklamlarının lehinə fikir səsləndirdilər.
         Auditoriya genişləndikcə böyük reklamverənlər də baş verənlərə tərəf maraq salırlar. “Əvvəllər oyunlar aşağı keyfiyyətli mühit hesab olunurdular, brendlər YouTube elanlarına bənzər prerol-lar istəyirdilər. Lakin indi onlar bu auditoriyanın təkcə oyunsevən uşaqlardan ibarət olmadığını görürlər. Böyük brendlərin reklamverənləri ilk dəfədir ki, bu sahəni mənimsəyirlər”.
        eMarketer tərəfindən verilən qiymətləndirməyə görə, 2019-un sonunda mobil oyun gəliri 12% artacaq. 2020-ci ilin sonunda isə adi tətbiqlərin gətirdiyi 29.7 milyard ilə müqayisədə mobil oyunlar 94 milyard göstəricini ötəcəklər.
    Linki kopyala