main-post-cover

    Chrome 76-da Flash susmaya görə sönülü olacaq

    Digər
    Code-News
    15.05.2019
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  





      

       Google şirkəti iyulda çıxacaq olan Chrome 76-da Flash kontentin susmaya görə açıq olmasını dayandıracaq. Dəyişiklik artıq eksperimental budaq olan Canary-də də öz əksini tapıb. Chrome 76 Canary əsasında yaradılacaq.

        2020-ci ilin Dekabr ayında gözlənilən Chrome 87-yə qədər Flash dəstəyini tənzimləmələrdən (Advanced > Privacy and Security > Site Settings) qaytarnaq olacaq. Adobe şirkəti tərəfindən təqdim olunan Flash texnologiyasından bütünlüklə imtina edilməsi 2020-ci il üçün planlaşdırılır.

        Firefox-da isə Adobe Flash plagininin söndürülməsi sentyabrda planlaşdırılan 69-cu versiyasında gözlənilir. Firefox-un ESR budaqlarında Flash 2020-ci ilə qədər qalacaq. 2020-ci ilin əvvəlinə qədər Firefox brauzerinin adi istifadəçiləri Flash texnologiyasını about:config tənzimləmələrindən işə sala biləcəklər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər