Chrome proqramçıları FTP dəstəklənməsinə son qoymaq istəyirlər

Chrome proqramçıları FTP dəstəklənməsinə son qoymaq istəyirlər

Code-News
10.12.2018 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

#Step IT Academy tərəfindən təqdim olunur  

       

Bənzər xəbər


    2018-ci il noyabr ayında Chrome proqramçılarının göndərişlərində FTP protokolunun işlənməsinə dəyişikliklər təklifi barədə post paylaşılmışdı. Bu addım köhnəlmiş məlumat ötürülmə protokolunun dayandırılması üzrə uzunmüddətli strategiyanın başlanğıc hissəsi kimi qiymətləndirilir.


Planlaşdırılan dəyişikliklər.

    Hazırda brauzer FTP üzərindən faylları əldə etdikdə, imkan olduğu təqdirdə, onları açır. Postun müəllifi Mayk Vest (Mike West) bunu dəyişdirməyi təklif edir. Əgər istifadəçi resursa FTP üzərindən qoşularsa, brauzer faylın yüklənməsini (açılmasını yox) təklif etsin. Qovluğa yönləndikdə isə Chrome əvvəlki kimi qovluğu indeksləməyə davam edib daxilini göstərsin.

    Vest FTP-ni köhnəlmiş və qeyri-təhlükəsiz hesab edir və veb-tərtibatçılara HTTPS-ə keçməyi təklif edir. iOS-də bütünlüklə FTP-dən imtina etmək alınıb, lakin digər ƏS istifadəçiləri hələ də bu alətdən istifadə edirlər.

    Chrome proqramçıları arasında FTP-dən imtina söhbətləri hələ uzaq 2014-dən bəri gedir. Halbu ki, statistika kiçik amma stabil sayda istifadəçinin bu protokoldan hələ də istifadə etdiyini göstərir və bu hal protokoldan bütünlüklə imtina edilməsinin xoşagəlməz qarşılana biləcəyini xəbərdar edir. Vest-in təklif etdiyi dəyişikliklər bu rəqəmləri endirə bilər. Adət ənənəyə sadiq qalmaq istəyənlər üçün isə proqramçılar modul yaratmağı təklif edirlər.


FTP dəstəyi digər brauzerlarda.

    Mütəxəssislərin FTP barədə qərarları birtərəfli deyil. Vest qeyd edir ki, Safari bu protokol üzrə götürülmüş resursları göstərir, amma qovluqları emal etmir, Browserstack platforması isə FTP-ni ümumiyyətlə dəstəkləmir.

    Firefox hazırda protokol ilə Chrome kimi işləyir, lakin 2018-ci ilin iyun ayında, tərtibatçılardan biri - Tom Şuster (Tom Schuster), bəyan etdi ki, yaxın gələcəkdə komanda brauzerdən bu alətin dəstəklənməsini yığışdırmağı planlaşdırır.

    

    Chrome proqramçıları artıq neçə vaxtdır ki, istifadəçilərini HTTPS protokoluna tərəf itələyir. Brauzerin yetmişinci versiyasından başlayaraq HTTP üzrə işləməyən saytlarda şəxsi məlumatları daxil etdikdə ünvan sətrində qırmızı "Not secure" işarəsi işıqlanır. Əslində HTTP-ni təkcə Chrome tirajlamır. Facebook 2018-ci ilin yayından etibarən Javascript SDK üzərindən autentifikasiya çağırışlarını yalnız HTTPS istifadə edən saytlardan qəbul edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


2020-ci ildə məlumatların vizualizasiyası üçün aktual olacaq Top-8 JavaScript ki..

JavaScript-də məlumatları daha gözəl şəkildə təqdim etmək lazımdır?


Microsoft bu il olmuş qeyri adi fişinq kiberhücumlarından danışdı

Bir neçə müddət bundan öncə isə Microsoft şirkəti kiberhücumlar və malware-lar üzrə trendləri əks et..


Microsoft Windows-da 0-day boşluğu da daxil olmaqla 7 kritik sistem boşluğu arad..

Microsoft şirkəti bu ay təqdim etmiş olduğu yenilənmələr ilə öz sistemlərində 36 boşluğu aradan qald..


Microsoft Teams platformasının Linux versiyası təqdim edildi

Microsoft şirkəti Microsoft Teams platformasının Linux versiyasını təqdim edib.


OpenBSD-də 4 ciddi sistem boşluğu aşkar edilib

OpenBSD-də 4 ciddi sistem boşluğu aşkar edilərək aradan qaldrılıb.


Sadə tətbiqlərin müxtəlif proqramlaşdırma dillərindəki test nəticələri təqdim ed..

Assembler x86_64-də HeavyThing adlı azad kitabxananı reallaşdırmış müəllif Jeff Marrison “Assembler-..

×