main-post-cover

    Django barədə TOP 9 kitab

    Digər
    Code-News
    21.12.2018
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  




                
    Veb-freymvork Djanqo-nun rəsmi saytında ətraflı sənədləşməsi var: Orada həm nəzəriyyə, həm təlimat məlumatları həm də yeni başlayanlar üçün bələdçilər var. Lakin, keyfiyyətinə baxmayaraq, yeni başlayanlar rəsmi saytı bəyənmirlər. Və əgər siz də bu freymvork ilə yeni-yeni tanış olursunuzsa sizin iki yolunuz var. Birinci - kurslara yazılmaq. İkinci - kitab axtarmaq. Biz sizə ən yaxşı kitabları sadalayacağıq.

    Django. Python üzərində Veb tətbiqlərin yaradılması - Jeff Forcier, Paul Bissex, Wesley J Chun.

        Bu ən məşhur kitablardan biridir. Kitab biraz köhnə olsa da (kitabın 10 yaşı var) baza məlumatlar üçün uyğundur. Kitab yaxşı yazılıb. Nümunə kodlardan geniş istifadə olunur.

    Django: Python üzərində Web-sayt yaratma təcrübəsi - Vladimir Dronov

        Digər nümunədəki kimi bu kitab da köhnədir. Digər bir mənfi cəhət isə izahatın ardıcıllığının olmamasıdır. Müəllif addım-addım öyrətmək yox, dərin məqamlara toxunmaq istədiyini bildirib. Nəticədə kitab əsas məlumatları bilib amma hələ professional olmayanlar üçündür.

    REST APIs with Django: Build powerful web APIs with Python and Django — William S. Vincent

        Web-API yaratmaq üçün ən yaxşı kitablardan biridir .Həcminin az olmasına baxmayaraq (200 səh.) burada veb-interfeys nəzəriyyələrindən sənədləşmə tərtibatı və sxemlərə qədər bütün xırdalıqlar ətraflı yazılıb.

    Test-Driven Development with Python: Obey the Testing Goat: Using Django, Selenium, and JavaScript — Harry J. W. Percival

        Annotasiyada qeyd olunub ki, müəllif özünün gənc versiyasına indi bildiyi bütün alqoritm və alətləri başa salmaq istəyərdi. Və ümumilikdə o bunu bacardı. Lakin unutmayın ki, Django və Python tərtibatçılığın yalnız kiçik bir hissəsidir. Odur ki, ümumi və hərtərəfli öyrənmək istəyənlər üçün bu kitab uyğun olmayacaq.

    Django for Beginners: Build websites with Python and Django — William S. Vincent

        Amazon-da rəylərdə bu kitabın əslində rəsmi sənədləşməyə ideal əvəz olduğunu deyirlər. Və əsasən iki müsbət tərəfini qeyd etməliyik: Bütün əməliyyatlar “əməlli-başlı” xırdalanıb və oxucuda “Axı bu niyə belədir?” sualı heç vaxt yaranmır. Əgər nəyisə başa düşməsəniz sualınızı email ilə müəllifə göndərə bilərsiniz. Deyilənə görə Uilyam heç kəsi cavabsız qoymur. Lakin unutmayın ki, kitab əsasən yeni başlayanlar üçündür və baza məlumatlarından çox uzağa gedə bilməyəcəksiniz.

    Two Scoops of Django 1.11: Best Practices for the Django Web Framework — Daniel Roy Greenfeld

        Bu kitabın dördüncü təkrarnəşridir, hansı ki, digərləri kimi çox müsbət qarşılanıb. Əslində bu kitab Django üzrə ən yaxşı tədris kitablarından biridir. Burada siz düzgün kod tərzindən tutmuş freymvorkun nöqsanlarının izahına qədər hər şey tapa bilərsiniz. Bütün 35 bölmə ilə ətraflı tanış olun. Bütün praktiki tapşırıqları yerinə yetirdikdən sonra özünüzü hazır mütəxəssis hesab edə bilərsiniz.

    Mastering Python: Machine Learning, Data Structures, Django, Object Oriented Programming and Software Engineering — Michael B. White

        Bu kitab Python barədə ümumi məlumat verir və dil ilə nə edə biləcəklərinizi xırdalayır. Və burda diqqət ən çox Django-ya ayrılıb.

    Django Unleashed — Andrew Pinkham

        800 səhifəlik maraqlı kitab. Kitab rəsmi sənədləşmənin müəllifin dili ilə izahlanmasıdır və daha çox “ekran ədəbiyyatı” oxumağı sevməyənlər üçün uyğun olacaq.

    Build your first website with Django 2.1: Master the basics of Django while building a fully-functioning — Nigel George

        Kitab Django-dan istifadə edərək veb tətbiq yaradılmasının bütün dövrünü xırdalayır, və ümumilikdə savadlı veb-resurs yaradılması barədə danışır. Lakin bir neçə nöqsanı var: Nümunələr azdır və Python-un ikinci versiyası barədə heçnə yoxdur.
    Django haqqında ən yaxşı hesab olunan kitabları sadaladıq. Bəs siz hansı kitabları məsləhət görürsünüz?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər