main-post-cover

    Dracula Theme — Hər yerdə istifadə olunan universal məzmun

    Digər
    Code-News
    11.01.2019
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  




    Giriş.
        Hər kəsə salam. Müəyyən müddət mən eyni zamanda fərqli Əməliyyat Sistemlərində fərqli mətn redaktorları və İDE-lar ilə işləməli idim. Həmin zaman məni bir məqam çox qıcıqlandırırdı. Hər bir proqramın öz görünüş məzmunları var idi. Yaxşı hesab etdiklərim də var idi bəyənmədiklərim də, amma əsas məsələ onların fərqli-fərqli görünmələrində idi. Hər birinə öyrəşənədək müəyyən müddət boş işləməli olurdum. Bu da əlavə vaxt israfıdır.
    Mənə bir universal məzmun lazım idi. Axtarışa keçdim. Bunun üçün iki kriteriyam var idi:
        1. Bütün məşhur İDE və mətn redaktorlarına uyğunlaşa bilən olmalıdır.
        2. Məzmun tünd olmalıdır, çünki mənə bu rənglərdə kod yazmaq daha rahatdır.

    Dracula Theme
    Axtarışlar məni bu sayta gətirdi: draculatheme.com.
        Bu, bir çox tətbiqlər üçün universal olan Dracula Theme (MIT lisenziyalı) məzmununun saytıdır. Saytda mən istədiyimi tapdım. Orada demək olar ki, istifadə etdiyim hər proqram üçün məzmun var. Dəstəklənən proqramların sayı 50-dən çoxdur ona görə də hamısını sadalayaraq vaxtınızı almayacağam.
        Nəticədə mən Dracula Theme-ı fərqli ƏS-ları ilə işləyən fərqli cihazlara yazdım. Sublime Text, Notepad++, Terminal, Vim. Deyəsən nəsə yadımdan çıxdı, amma sözüm onda deyil. Hətta əyləncə xatirinə bu məzmunu Telegram və Slack-a da yazdım (düzdür, ikincisində yalnız yan panel dəyişdi). Aşağıda Dracula-lı Sublime Text-dən screenshot var.

    Yüklənilmə
        Dracula Theme-ı yükləmək asandır. Saytda hər bir tətbiq üçün instruksiya var. Üstəlik, GitHub-dan hər bir tətbiq üçün olan faylı klonlaşdırıb forklamaq da olar. Nümunə olaraq, Sublime üçün klonlama:
    $ git clone https://github.com/dracula/sublime.git "Dracula Color Scheme"
    
        Əgər GitHub-dan klonlamaq istəmirsinizsə saytdan arxivi endirə bilərsiz.

    Vizual tərəf
        Məzmunun görünüşünə gəldikdə, onu çox bəyəndim, amma başa düşürəm ki, bu, zövq məsələsidir. Bilirəm ki, kiminsə o heç xoşuna gəlməyə bilər. Amma bir məsələ var ki, bütün məşhur tətbiqlər üçün yazılan bənzər analoqlar çoz azdır. Aşağıda bir neçə screenshot atacağam.
    Atom

    React DevTools

    Xcode

    JetBrains

    Terminal

    Telegram


    Slack (yalnız saydbar kastomlaşır)



    Yekun
         Güman edirəm ki, kiməsə belə bir universal məzmun lazım olar. Düzü, artıq eyni zamanda fərqli Əməliyyat Sistemlərində işləməyə ehtiyacım yoxdur amma, mən hələ də Dracula Theme istifadə edirəm.

    Tərcümə: habr.com
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər