main-post-cover

    Firefox 66: Səsli videonun bloklanması, hamar skrolling, tab-lar üzrə axtarış

    Digər
    Code-News
    22.03.2019
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  




        Mozilla Firefox 66 brauzerini buraxdı. Yeni versiyada brauzerin tərtibatçıları əsas aksenti istifadəçinin alət ilə əlaqəsinə köklədikər: Əlavə vərəqlər (tab) üzrə axtarış əlavə etdilər, skrollanmanı səhifələrin müəyyən hissəsinə bərkitdilər, səsin avtomatik çıxmasını blokladılar, həmçinin təhlükəsizlik bildirişlərinin üzərində dəyişikliklər etdilər. 

    Firefox 66-da əsas yeniliklər. 
        Artıq video və audionun avtomatik səsləndiyi səhifələrdə avtomatik oynama bloklanacaqdır. İstisna -  avtomatik işə düşdükdə videoları səssiz (mute) olan saytlardır. Bloklanmış roliki işə salmaq üçün ona klikləmək kifayət edir. 
    Tənzimləmələrdə müəyyən saytları istisna olaraq qeyd etmək olar. 


        Bəzən reklam blokları və media kontent saytın mətn tərkibindən çox gec yükləndiyi üçün artıq oxumağa başlamış istifadəçi səhifədə aşağı atılır. Artıq scroll səhifənin müəyyən hissəsinə bərkidilmiş olduğu üçün bu baş verməyəcək

    Digər dəyişikliklər
    • Əlavə vərəqlərdə axtarış imkanı Awesome Bar-da “%” əmri vasitəsilə baş verəcək. Firefox Sync açıq olduqda hətta digər cihazlarda baxılan tab-larda da axtarış etmək olacaq.
    • İntuitiv asan təhlükəsizlik bildirişləri. 
    • Windows 10-da mövcud olan Windows Hello-nun təqdim etdiyi biometrik məlumatlar üçün Web Authentication dəstəyi. 
    • Əlavələrin tənzimləmələrinin  Firefox-un ümumi anbarında saxlanılması nəticəsində səhifə yüklənməsinin daha da sürətlənməsi. 

        Firefox 66 Windows, macOS, Linux və Andoid üçün yüklənməyə açıqdır. Dəyişikliklərin tam siyahısına Release Notes səhifəsindən baxmaq olar. 

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər