main-post-cover

    Git repositoriyalara qarşı şifrələyici hücumlar baş verir

    Digər
    Code-News
    13.05.2019
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  





      

        GitHub, GitLab və Bitbucket servislərinə hücumların baş verməsi müşahidə olunur.  Hücum edənlər repositoriyaları təmizlədikdən sonra istifadəçidən  məlumatlarının geri qaytarılması üçün 0.1 BTC (təxmini $700) tələb edirlər (əslində sadəcə commit-ların başlıqları dəyişir və məlumatı bərpa etmək olar). Təkcə GitHub-da 371 hücum qeydə alınıb. 

        Bəzi qurbanlar etiraf edirlər ki, parolları zəif idi və ya köhnə tətbiqlərdən çıxış tokenlərini silməyi unudublar. Bəziləri hesab edir ki, (hələ ki təsdiq olunmamış fərziyyə) hesabların itkisi macOS və Windows-da Git ilə işlər üçün GUİ təqdim edən SourceTree tətbiqində yaranmış problemdən qaynaqlanır. Martda SourceTree tətbiqində bir sıra kritik boşluqlar aşkar olunub. 


    Linki kopyala