main-post-cover

    GitHub bloklamaları ötən alətin repositoriyasını və ümumiyyətlə yaradıcının hesabını bütünlüklə platformadan sildi

    Digər
    Code-News
    15.04.2019
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  





       

        10 aprel tarixində GitHub heç bir “müharibə elanını” vermədən məşhur GoodByeDPI alətinin repositoriyasını platformadan sildi. Alət dövlət tərəfindən bloklanmış saytlara daxil olmaq imkanını verirdi. 

    13.04.2019 tarixində hadisə barədə məlum olmuş bir neçə fakt daha. 
        Təkcə repositoriyaya yox, ümumiyyətlə hesaba da baxmaq mümkün deyil. Kənar istifadəçi üçün bu sadəcə akkauntun silinməsi kimi görünsə də sahibinin dediyinə görə əslində bu shadowban-dır. Daha sonra o etiraf etdi ki, o öz hesabının publik səhifəsində Yeni Zelandiyada baş vermiş qətl hadisəsinin videosuna maqnit-linklər yerləşdirib. Daha sonra isə məlum oldu ki, hesabı avtomatik alqoritmlar bloklayıb. Lakin eyni zamanda hesabın müəllifə aid olan İP ünvanı diapazonundan baş verən spamlara görə bloklanmış olması ehtimalı da irəli sürüldü. 
    DPİ nədir, bloklanmalar niyə baş vermiş ola bilər (müəllifin sözləri ilə):

    ”Rusiya Federasiyası provayderləri trafikin dərin analizi (DPİ, Deep Packet İnspection) sistemlərindən istifadə edərək öz reyestrlarındakı qadağan olunmuş saytlara girişin qarşısını alırlar. DPİ üçün bir ümumi standart yoxdur, geniş realizasiya çeşidləri var və onlar işləmələri və qoşulma növlərinə görə fərqlənirlər.”
    Google keşlərindən alınan məlumatlara görə isə, bir neçə gün öncə repositoriya normal görünürdü.

    Qeyd edə bilərik ki, 2000-dən çox şəxs repositoriyanı seçilmişlər siyahısına əlavə etmişdi, 207 nəfər isə onu fork-layırdı. İndi isə 404 səhvi çıxır.


    Linki kopyala