GitHub-da ən məşhur repositoriyalardan biri çin proqramçılarının iş şərtlərinə şikayətlər toplusu oldu
Digər
Code-News
08.04.2019
Farid Pardashunas
#Step IT Academy tərəfindən təqdim olunur
GitHub-da ən məşhur repositoriyalardan biri Çin proqramçılarının iş şərtlərinə şikayətlər toplusu oldu.
Alibaba, Huawei, Bytedance kimi Çin şirkətlərinin proqramçılarının iş şərtlərinə şikayət etdikləri repositoriya ən məşhur repo-lar dan biri oldu.
Repositoriyanı 996.ICU adlandırıblar. Rəqəmlər iş qrafikini bildirir (9-dan 9-a, həftədə 6 gün), hərflər isə intensiv terapiya şöbəsini bildirir (İntensive Care Unit), hara ki, işçilər çox işlədiklərinə görə səhhət problemləri yaşadıqda göndərilirlər.
Repositoriyanı bir çox dilə tərcümə edirlər və repo başqa ölkələrdə də məşhurlaşır.
Bloklanmalar.
Müəyyən bir müddət sonra The Verge repositoriyaya keçid verərək xəbər verdi ki, bir çox Çin brauzerləri 996.İCU səhifəsini bloklayırlar.
“Hazırda baxdığınız veb saytda qanunsuz məlumatlar yerləşdirilib. Xahiş edirik səhifəni bağlayın” ismarıclı skrinşotu 360 Browser istifadəçisi paylaşıb. Tencent şirkətinə məxsus QQ brauzeri ilə əlaqəli xəbərlər də olub: “Səhifəyə giriş qadağandır. İstifadəçilərin şikayətlərinə və Tencent cavab mərkəzinin rəyinə əsasən bu səhifədə qanunsuz kontent yerləşdirilib. Təmiz internet mühitin dəstəkləməsi məqsədi ilə giriş qadağan olunub.”
İstiadəçilər deyirlər ki, bəzən brauzerlər səhifəyə daxil olmağı icazə verirlər və ya repositoriyaya “ulduz qoymağı” qadağan edirlər.
The Verge deyir ki, bir repositoriyanın bloklanması, böyük ehtimal şirkətlərin işə qarışmasının nəticəsidir, dövlət tərəfindən əmr nəticəsi deyil. GitHub Çində məşhurdur və beləliklə korporasiyalar platformanı bloklamadan kontentin özünə girişi qadağan edə bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək