main-post-cover

    GitHub-ın pulsuz istifadəçiləri "private repository"-lar ilə işləyə biləcəklər

    Digər
    Code-News
    09.01.2019
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  





    Xəbər The Next Web-da bu qeyd ilə paylaşılmışdır:
    "Planlamada baş verən səhvlərə görə biz bu xəbəri nəşrə enbarqo götürülmə vaxtından bir gün tez paylaşmışıq. Yeni özəllik hələki açıqlanmayıb. Onun barədə sabah deyəcəklər. Bu baş verdikdə biz postu yeniləyəcəyik."

    Bu isə The next web işçisinin tvitləridir:




        Fake xəbərdir mi? Yox. Github-ın twitter-ində rəsmi təsdiq də var. Yeni özəlliyi deyəsən “tələm-tələsik” buraxdılar. Çünki saytda mətnlər hələ də səhv göstərilir. Planı downgrade eləmək istədikdə isə belə bir ismarıc çıxır:


    Odur ki, oxuyuruq və gözləyirik:

        Bu gün GitHub - kodu yazıb bütün dünya ilə paylaşmaq üçün ən çox tanınan vasitədir. Amma kiçik bir nöqsanı var - "private repository"-lar yarada bilən istifadəçilərin az olması. Bilməyənlər üçün qeyd edək ki, "private repository"-lar görülməsi yalnız müəyyən istifadəçilər açıq olan layihələrdir və reponun privat edilməsi ödənişlidir.
        Və bu artıq keçmişdə qaldı. Bu gündən etibarən GitHub öz ödənişsiz istifadəçiləri üçün də privat repo istifadəsini açıq elədi. Bu yaxşı xəbərdir, amma azca pis tərəfi də var.
         "Private repository"-larda yaradılmış layihələrə eyni zamanda maksimum 3 istifadəçi baxa biləcəkdir. Amma əgər layihənin komandası kiçikdirsə bu problem yaratmır. Əslində bu çox ağıllı bir addımdır. Mövcud ödənişli istifadəçilərinin sayının azalma ehtimalı çox aşağıdır.
         Bu günə qədər "private repository" yaradıb amma pul ödəmək istəməyənlər rəqib təkliflərə üz tuturdular - çoxusu BitBucket-ə. Bu günki xəbər Atlassian şirkətinin bu adı gedən platforması üçün xoş olmayacaq. Çünki proqramçılar artıq privat və public arasında qalaraq eyni zamanda iki platformadan istifadə etməyə məcbur olmayacaqlar.
         Maraqlıdır, görəsən bu "private repository" məsələsi GitHub-ın istifadəçiləri çatdırmağa çalışdığı qarşılıqlı kömək və özünü ifadə mədəniyyətinə necə təsir edəcək. Ödənişsiz privat repoların olmaması, əslində insanları “çölə çirkli paltarları göstərməyə” təşəbbüs edirdi - çünki bu layihələrin çoxusu yarımçıq yazılmış spagettilər idilər. İndi isə istifadəçilər ən gözəl işlərini gizli saxlaya biləcəklər.
    Bəs bu, Github-ın sözü gedən açıqlıq və səmimilik prinsiplərini dəyişəcək mi?
    Ola bilər. Zaman göstərər
    Linki kopyala