main-post-cover

    Google Docs yaxın zamanlarda Microsoft Word, Excel və PowerPoint proqramlarının orijinal formatlarını dəstəkləyəcək

    Digər
    Code-News
    25.04.2019
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  





       

       Microsoft Office sənədlərinin Google Docs-da redaktə edilməsi o qədər də rahat deyil. Onlara  baxmaq asandır, yalnız redaktə, şərh etmə və birgə işləmə üçün onları öncədən Google-ın dəstəklədiyi formata çevirmək lazım olur. Lakin yaxın zamanlarda bu problem aradan qaldırıla bilər.

        Google şirkəki Microsoft Word, Excel və PowerPoint  proqramlarının nativ fayl formatları (.docx, .xls və .ppt) üçün dəstəklənmə yaradacağını elan etdi. Bunun sayəsində istifadəçilər bu formatda olan sənədləri birbaşa Google Docs, Sheets və Slides proqramlarının içərisində asanlıqla redaktə edib üzərində birgə işləyə biləcəklər. Bütün gözlənilən dəstəklənmə formatları bunlardır:
     
    Word: .doc, .docx, .dot
    Excel: .xls, .xlsx, .xlsm, .xlt
    PowerPoint: .ppt, .pptx, .pps, .pot


        İlk öncə Google Microsoft Word, Excel və PowerPoint formatlarının yalnız ödənişli G Suite paketinin istifadəçiləri üçün  açacağını demişdi. Lakin sonra, şərhlərdə bildirildi ki adi istifadəçilər də bu imkandan istifadə edə biləcəklər. G Suite istifadəçiləri üçün Microsoft Office sənədlərinin dəstəkləməsi üzərində işlər bu ay başlayacaq, lakin faktiki olaraq proses may ayını da əhatə edə bilər. 

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər