Google Docs yaxın zamanlarda Microsoft Word, Excel və PowerPoint proqramlarının orijinal formatlarını dəstəkləyəcək
Digər
Code-News
25.04.2019
Farid Pardashunas
#Step IT Academy tərəfindən təqdim olunur
Microsoft Office sənədlərinin Google Docs-da redaktə edilməsi o qədər də rahat deyil. Onlara baxmaq asandır, yalnız redaktə, şərh etmə və birgə işləmə üçün onları öncədən Google-ın dəstəklədiyi formata çevirmək lazım olur. Lakin yaxın zamanlarda bu problem aradan qaldırıla bilər.
Google şirkəki Microsoft Word, Excel və PowerPoint proqramlarının nativ fayl formatları (.docx, .xls və .ppt) üçün dəstəklənmə yaradacağını elan etdi. Bunun sayəsində istifadəçilər bu formatda olan sənədləri birbaşa Google Docs, Sheets və Slides proqramlarının içərisində asanlıqla redaktə edib üzərində birgə işləyə biləcəklər. Bütün gözlənilən dəstəklənmə formatları bunlardır:
Word: .doc, .docx, .dot
Excel: .xls, .xlsx, .xlsm, .xlt
PowerPoint: .ppt, .pptx, .pps, .pot
İlk öncə Google Microsoft Word, Excel və PowerPoint formatlarının yalnız ödənişli G Suite paketinin istifadəçiləri üçün açacağını demişdi. Lakin sonra, şərhlərdə bildirildi ki adi istifadəçilər də bu imkandan istifadə edə biləcəklər. G Suite istifadəçiləri üçün Microsoft Office sənədlərinin dəstəkləməsi üzərində işlər bu ay başlayacaq, lakin faktiki olaraq proses may ayını da əhatə edə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)