Google işçiləri axtarış sisteminin Çin versiyası üzərində işlərin hələ də davam etdiyini aşkar etdilər

09.03.2019 0 PAYLAŞIM 189 OXUNMA

#Step IT Academy tərəfindən təqdim olunur  





 


    Google öz axtarış sisteminin Çin üçün versiyasını ölkənin bütün qayda-qanunları ilə ayaqlaşan formada buraxmaq istəyirdi. Yəni bu, senzuralı “dəyişilmiş” axtarış maşını olmalı idi. Şirkətin minlərlə işçisi öz protestini bildirdikdən sonra korporasiyada daxili konfliktlər yarandı və nəticədə şirkət Dragonfly (Çin üçün Google) üzərində işləri dayandırdığını elan etdi.

    Bu tapşırıq üzərində iş üçün cəlb edilmiş komandaları geri çəkdilər və digər məsələlərin həlli üçün yönəltdilər. Bundan sonra sakitlik yarandı. Lakin işçilər arasında sakitlikdən şübhələnənlər də oldu. Bu qrup öz araşdırmasını etdi və bir neçə maraqlı faktlar ilə üzləşdi.

Əsas odur ki, kod üzərində iş hələdə davam edir.

    Araşdırma Google şirkətinin CEO-su Sundar Pichai-nin senzuralı axtarış motorundan imtina etmələri barədə ictimai bəyannamə səsləndirməkdən çəkinməsindən dərhal sonra başladı.  Google korporasiyasının CEO-sunun dedikləri ifadələr hətdindən artıq nisbi idi, mərkəzi ideya layihənin dayandırılması idi, layihənin ləğvi barədə danışan olmadı.

     Məhz buna görə senzuraya laqeyd qala bilməyənlər Dragonfly-ın gələcək taleyinə nəzarət etməyə davam etdilər. Onlar öyrəndilər ki, senzuralı axtarış sistemi üzərində işləyən kolleqalarına tərtibatın dayandırılması əmri verilməyib. Onlardan üzərində işlədikləri parçanı bitirib, başqa komandalara keçmələri istənilib. Əsasən onları Google-ın Hindistan, İndoneziya, Rusiya və Braziliya üçün olan həllər üzərində işlərə yönəldiblər. 

    “Nəzarət edən” komanda üzvləri Dragonfly-a aid repozitoriyalara baxmaq qərarını verdilər. Belə ki, keçmiş komandalar iki mobil tətbiq üzərində işləyirdilər. Maotai və Lengfei. Bu proqramlar axtarışın Android və iOS üçün nəzərdə tutulmuş versiyaları idi.

     İşçilər 500-dən çox dəyişikliyin dekabrda, yanvar və fevral aylarında isə kodda 400-dən çox dəyişikliyin baş verdiyini aşkar etdilər. Məlum olur ki, layihənin dayandırıldığını desələr də, kimsə hələ də layihənin üzərində işləməyə davam edir. Ümumilikdə 2017-ci ilin avqust ayından bu yana hər ay 150-500 dəyişiklik baş verib. Demək olar ki, işin aktivliyi heç o qədər də zəifləməyib.

     Təxmin etmək olar ki, 100 işçi Google-da Dragonfly üzərində işləməyə davam edir və bunun üçün mütləq ki, büdcə bölgüsü sənədləri də olmalıdır.

     Dragonfly ilə əlaqəli şirkət təmsilçiləri anonim qalmaq istəsələr də, işlərin davam etdiyini təsdiqlədilər. Google Çin üçün xüsusi axtarış motorunun yaradılması üzərində işləri dayandırmayıb.


    Şirkət rəhbərliyi, Çin bazarının biznes əhəmiyyətini anlayaraq ekspansiyadan qaçmağı planlaşdırmır. “Bu çox gözəl, innovasiyalı bazardır. Biz Çində nə ilə məşğul olacağımızı anlamaq istəyirik. Odur ki, biz içəridən başlayırıq” - dedi Pichai. Həmçinin o əlavə etdi ki, “bazarın nə qədər əhəmiyyətli olduğunu və Çində nə qədər istifadəçi olduğunu nəzərə alsaq, biz sadəcə olaraq gələcəyi düşünməkdən imtina edə bilmərik”