main-post-cover

    Google PageSpeed Insights alətini yenilədi

    Digər
    Code-News
    28.11.2018
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  

           
        Google saytların sürətini ölçmək üçün təqdim etdiyi PageSpeed Insights alətini redizayn etdi və daxilinə daha çox data əlavə etdi. Saytların sürətinin qiymətləndirilməsi artıq Lighthouse aləti vasitəsi ilə yüklənmə imitasiyasından gələn hesablamalara əsaslanır.
    PageSpeed İnsights APİ-nin buraxılışında belə bir qeyd var:
        PageSpeed Insights API-nin 5-ci versiyası 2018-ci il noyabr ayında buraxılıb. Alət artıq analiz üçün Lighthouse-dan istifadə edir və daxilində Chrome(CrUX) brauzerinin rahatlıq məlumatlarından istifadə olunur. PageSpeed Insights API-nin öncəki versiyaları köhnəlmişlər sırasına 6 ay sonra daxil ediləcək.
        Yenilənmiş yoxlama nəticələrindən foto:
        Xatırladırıq ki, iyun ayında Google PageSpeed Insights alətində bütöv saytın sürəti barədə məlumat əldə etmək imkanları əlavə olunub.
    Linki kopyala