main-post-cover

    Google şirkəti SMS və zənglərə çıxışı olan tətbiqləri Play Store-dan siləcək

    Digər
    Code-News
    21.01.2019
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  




        Google tətbiqlərin SMS və zənglərə əsassız çıxışını qadağan edir və belə aldadıcı yol ilə istifadəçi məlumatlarını oğurlayan tətbiqlər Google Play Store-dan silinəcəkdir.
        Proses yaxın həftələr ərzində baş verəcək, lakin personal məlumata həqiqətən və əsaslı ehtiyacı olan tətbiqlər üçün xüsusi müraciət forması yaradılmışdır. Əgər müraciətdən sonra da icazə verilməsə tətbiqdən sözügedən funksiyalar yığışdırılmalıdır.
       Tətbiqlərin yoxlanılması bir-bir manual (əl ilə) həyata keçiriləcək. Yoxlama zamanı SMS və zənglərə çıxış istəyinin nə dərəcədə əsaslı olması, həmçinin istəyin istifadəçiyə nə dərəcədə aydın izah olunması da yoxlanılacaqdır. Alternativ imkanların mümkün olması və bu alternativlərdən niyə istifadə olunmaması məsələsinə də baxılacaqdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər