main-post-cover

    İCANN domen sahiblərini DNSSEC istifadə etməyə çağırır

    Digər
    Code-News
    09.03.2019
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  





        İCANN müdafiəsi zəif olan domenlərin sahiblərini DNSSEC texnologiyasından istifadə etməyə çağırır. Bəyanatın verilməsinə səbəb son zamanlar DNS infrastrukturuna qarşı edilən hücumların artmasıdır.
    Hücumlar barədə. 
        Zərərvericilər domenlərin deleqasiya strukturuna qarışırlar və server ünvanlarını istədikləri kimi dəyişirlər. Bunun sayəsində izləyicilər saytlara daxil olduqda avtomatik ziyanvericinin təhlükəli resurslarına yönlənilirlər və nəticədə üçüncü tərəf də zərər görmüş olur. DNSSEC texnologiyası belə bir ünvan dəyişdirilməsini mümkünsüz edir. 

        İCANN rəsmilərinin dediklərinə görə hücumların sayı getdikcə daha da artır, ona görə də infrastrukturun bütün iştirakçıları təhlükəsizliyə ciddi yanaşmalıdırlar. Korporasiya hətta təhlükəsizlik checklist-i də paylaşıb. 

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər