main-post-cover

    Intel prosessorlarında yeni boşluq aşkar edilib

    Digər
    Code-News
    16.05.2019
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  





      

       Intel öz prosessorlarında yeni aşkar etdiyi boşluq barədə danışdı. Mütəxəssislər bu boşluqdan istifadə edərək bir neçə hücum gerçəkləşdiriblər, hazırda onlardan ən məşhuru - ZombieLoad-dur.

    İstifadəçi üçün təhlükə nədir?
        ZombieLoad vasitəsi ilə bədniyyətli tərəf şəxsi məlumatlara, brauzer tarixçəsinə, şifrələrə və online akkount hesablarına giriş imkanı əldə edə bilir. Bulud əsaslı servislər də təhlükə altındadır.

    Boşluq hansı prosessorlardadır?
        2011-ci buraxılış illi bütün Intel prossesorlarında bu boşluq var. AMD və ARM prosessorları güvənilirdir.

    Müdafiə varmı?
        Intel mikrokod səviyyəsində boşluğu aradan qaldırıb. ƏS və proqram təminatı təqdim edən Google, Apple, Amazon, Microsoft və Mozilla şirkətləri öz patch-larını artıq buraxıblar.
    Əgər sizin cihazınız Intel prosessorlarındadırsa yeniləməni gecikdirməyin.

    Linki kopyala