John Mueller: Niyə köhnə saytlar yeni kontenti olan saytlardan daha yaxşı yüksələ bilirlər
Digər
Code-News
30.01.2019
Farid Pardashunas
#Step IT Academy tərəfindən təqdim olunur
Google şirkətinin vebmasterlər üçün apardığı videokonfransda iştrakçılardan biri niyə hələdə HTTP istifadə edən köhnə saytın daha yeni kontenti olan yeni resursdan daha yüksək mövqqedə ola bildiyini soruşdu.
Adətən hesab olunur ki, köhnə saytlar müəyyən avtoritetliyi olduğu üçün yuxarıda olurlar. Lakin Mueller-in izahından belə çıxdı ki, bunun daha çox səbəbi ola bilər.
Nəticə:
- HTTPS - zəif ranqlama siqnalıdır hansını ki, Google-da “soft” faktor hesab edirlər;
- Kontentin yeni olmasına ranqlamada bəzən diqqət edilmir (bu, istifadəçinin axtarış sorğusundan asılıdır)
- Digər saytlarda bu köhnə səhifəyə yönəldilmiş linklərin yerləşdirilmiş olması onun hələ də relevant və məşhur olmasına işarədir;
- Bəzi kontentlər “daima yaşıl” hesab olunurlar və ona görə də ranqlamada yüksək mövqelərdə qalırlar;
- Əgər axtarış istifadəçiləri yeni kontentin daha yaxşı olduğunu siqnal etsə, Google həmin linkləri göstərməyə başlayacaq;
- Köhnə saytlar köhnə olsalar da ranqlanmağa davam edirlər, çünki onların daha yüksək etibarlılıq göstəriciləri var.
Mueller-ə ünvanlanan sualı və onun cavabını videoda 26:45 vaxtına keçirərək dinləyə bilərsiniz.
Xatırladırıq ki, daha əvvəl Google işçisi Gary Illyes vebmasterlərə axtarış trafikini itirməmək üçün köhnə kontenti silməmələrini məsləhət etdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ