JS aləmində 2018-də nələr baş verdi, 2019-da nələr ola bilər
Digər
Code-News
03.01.2019
Farid Pardashunas
#Step IT Academy tərəfindən təqdim olunur
Sizi Javascript-in 2018-ci ili necə bitirməsi barədə göstəricilər ilə tanış etmək istəyirik.
Öncəliklə gəlin Ecmascript-in relizini yada salaq. Onda çoxlu maraqlı funksiyalar gəldi hansılardan ki, asinxron iterasiyalar üçün rest/spread özəlliklə seçildi. JS getdikcə Python-a bənzəməyə başlayır. Yeri gəlmişkən, heç kəsə sirr deyil ki, məlumat analizi və maşın özünüöyrətməsi (machine learning) üçün Python aktiv istifadə olunur. JS-çilər də boş oturmayıb, numjs (Python-un numpy-si üçün port) və tensorflowjs buraxdılar. Bu çox əhəmiyyətli yeniliklər idi. Hesab edirik ki, JS bu il data analizi üçün maraqlı funksiyalar təqdim edəcək.
Bu il biz həm də React və Vue.js-un dirəşməsini gördük. Google Trends deyir ki, Reactjs-i daha çox axtarıblar nəinki vuejs:
Əmək bazarında React tərtibatçılarına tələb daha çoxdur:
2019-da görəcəyik vue react-ı ötə biləcək ya yox.
Angular da boş oturmur. Axı onun arxasında Google şirkəti və bu freymvorkda yaradılmış nə qədər işlək sayt var.
Nəticə etibarı ilə hər üçünə tələb var, React-ı isə hazırda lider hesab etmək olar.
Servertərəfli JS-də də maraqlı hadisələr baş verdi. Nodejs və npm-in relizlərini yada salaq. Ən maraqlılardan Node10 və NPM6 relizlərini qeyd etmək olar. N-APİ stabilləşdirildi yeni özəlliklər gəldi və s.
Keçən il Typescript nəhayət ki, TİOBE-nin TOP100-ünə düşdü.
Hesab edirik ki, bu yeni ildə məhşurluğu getdikcə artacaq
Həmçinin Webpack 4, Webpack 5-in betalarını, create-react-app daxilində Typescript dəstəyini və electron 3 və 4 relizlərini də qeyd etməliyik.
JS 2018-ci ili həqiqətən də uğurla bitirdi və bu yeni ildə aktivliyi getdikcə artacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ