Kompüter görməsi ilə işləyən JS freymvorklar
Digər
Code-News
01.04.2019
Farid Pardashunas
#Step IT Academy tərəfindən təqdim olunur
Kompüter görməsi geniş yayılmış bir mövzuya çevrildi. Bu texnologiya ilə müxtəlif maraqlı servislər yaradılmışdır. Bu məqalədə siz bunun üçün istifadə olunan bir neçə JS freymvorklar ilə tanış olacaqsınız
TensorFlow.js
Maşın özünüöyrətməsi freymvorklarının ən nəhənglərindən olan TensorFlow node.js və frontend həllə yaratmaq imkanını verir. Aşağıda pozaya uyğun olan şəkillərin tapılması nümunəsi göstərilir. TensorFlow-un hətta öz qum meydançası (sandbox) da var. Orada süni neyron şəbəkələri ilə işləyərək proqram təminatının tədrisini təkmilləşdirmək olar.
Amazon Rekognition
Amazon Rekognition güclü bir bulud həllidir. Bundan savayı Amazon Javascript əsaslı SDK-lar da təqdim edir. Aşağıdaki şəkil üz tanınmasının nə qədər detallı ola biləcəyini göstərir.
OpenCV.js
OpenCV kompüter görməsinin ən qocaman texnologiyalarındandır və bu texnologiyanın Javascript versiyası da var.
tracking.js
Əgər siz xüsusi olaraq üz tanınması üçün bir tətbiq yaradacaqsınızsa - məsələn Snapchat-ın veb versiyası kimi, o zaman siz tracking.js freymvorkunu sınaya bilərsiniz. Bu feymvork çox asanlıqla üz tanınmasını inteqrasiya etmək imkanını verir.
WebGazer.js
Əgər siz UX dizayn üçün sınaqlar və ya interaktiv oyun və saytlar yaratmaq istəyirsinizsə WebGazer.js istənilən başlanğıc üçün yaxşı alət olacaqdır. Bu freymvork kamera vasitəsi ilə tətbiq istifadəçinin hansı tərəfə baxdığını müəyyən edə bilir.
three.ar.js
Google tərəfindən təqdim olunan bir alət daha. three.ar.js ARCore-un imkanlarını genişləndirir. Bununla brauzerdə əşyaların üzərini müəyyən etmək olur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!