main-post-cover

    Kotlində Android üzrə proqramlaşdırma üçün 7 kitabxana

    Digər
    Code-News
    29.12.2018
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  





    iOS üçün tətbiq yazan üçün Android o qədər də çətin deyil. Çünki Kotlin var və o, Swift-ə çox bənzəyir. Gəlin Android üçün tətbiq yaratmağa yardımçı olacaq 7 Kotlin kitabxanası ilə tanış olaq.

    1. Kovenant
    Kovenant - Kotlin üçün promise-kitabxanadır (asanlaşdırılmış asinxron proqramlaşdırma). Bir çoxları öz iOS layihələrində PromiseKit-dən istifadə edirlər. Ona görədə Android-dən də yararlanmaq istəyənlər üçün bu kitabxana maraqlı olacaq.

    2. Picasso
    Əgər sizə tətbiqdə şəkil yüklənməsi emalı reallaşdırmaq lazımdırsa Picasso ilə bunu eləmək çox asandır. Asinxron yüklənmə və keşləmədən savayı siz şəkilləri transformasiya da edə bilərsiniz, misal üçün:

    Picasso.get().load(url).resize(50, 50).centerCrop().into(imageView)
    

    Picasso-transformations həmçinin sizə şəkli dairəvi formada kəsmək kimi maraqlı transformasiyalar da verir. Əslində Google şəkillərlə iş üçün Picasso yox, Glide məsləhət görür. Amma nəzərə alsaq ki, Google şəbəkə ilə iş üçün praktiki olaraq dokumentasiyası olmayan və çox qəribə bug-ları olan Volley-ı məsləhət edir, rəsmi şirkətin tövsiyyələrindən kənara çıxmaqda məna var.

    3. DressCode
    Bu kitabxana tətbiqinizə məzmun (görünüş) seçimi funksionalını əlavə etmək imkanı verir.

    4. Anko
    Anko barədə həqiqətən də çox danışırlar. O əslində Android tərtibatçılığını asanlaşdıran rahat metodlar toplusudur. Məsələn toast-ismarıclarının göstərilməsi üçün olan metod çox lakonikdir:

    toast("Hi there!")
    

    SnackBar ismarıcları:

    longSnackbar(view, "Wow, such duration")
    

    İntent yaradılışı çox asandır:

    startActivity("id" to 5)

    Məşhur intentlər üçün də browser (url) və share (text, [subject]) kimi rahat metodlar var. Və kitabxananın hələ çox sizi təəccübləndirəcək imkanları var. Odur ki, onunla mütləq maraqlanmalısınız.

    5. Fuel
    Fuel az öncə adını çəkdiyimiz Volley kitabxanasına rəqibdir. Fuel şəbəkə ilə iş üçündür. Cavablandırmaq üçün o lyambdalardan istifadə edir, dinləyicilərdən yox. iOS tərtibatçısı üçün bu daha doğma olacaqdır. Kitabxana həmçinin Kovenant ilə əlaqələnə bilir.

    6. Forge
    Bu kitabxana Fuel-in yaradıcısı tərəfindən yazılıb. JSON parsinqi üçündür.

    7. Result
    Bu kitabxananın adı özü barədə danışır. Result növləri üçündür. Layihənin Readme-sində bu tiplərdən kodu yaxşılaşdırmaq üçün necə istifadə edə biləcəyiniz barədə ətraflı nümunələr var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər