main-post-cover

    Librefox - Daha təhlükəsiz və konfidensial Firefox

    Digər
    Code-News
    06.01.2019
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  




        Librefox layihəsi çərçivəsində konfidensiallıq və yüksək təhlükəsizlik dərəcəsi ilə fərqlənən Firefox bənzəri yaradılıb. Librefox Firefoxun budağı deyil. O, açıq buraxılışların kodundan istifadə edərək yaradılır və bunun nəticəsində brauzer funksional baxımdan eyni dərəcədə qala bilir. Librefox-un əsas fərqi ondadır ki, onun tənzimləmə seçimləri lazımsız funksionalı söndürmək imkanı verir. Proqram Linux, Windows və macOS əməliyyat sistemləri üçün uyğundur. Həmçinin, Librefox-un Firefox 60.4 ESR və Tor Browser 8.0.4 üzərində qurulmuş versiyaları da var.
         Əsas xüsusiyyətləri:
    • Privatlığa neqativ təsiri olan əlavələr silinib: Yenilənmələri yoxlayan kod və çökmələr barədə gedən hesabatlar;
    • Şəbəkəyə qoşulmanı sərhədləyən şəbəkələrarası ekran əlavə olunub.
    • Tənzimləmələr Mozilla-nın serverləri ilə əlaqələnən və xarici qoşulma gerçəkləşdirən linklərdən təmizlənib.(məsələn Google-ın qara siyahısının yüklənməsi söndürülüb). Susmaya görə Librefox özü heç bir xarici qoşulma həyata keçirmir;
    • Tənzimlənmələrdə təhlükəsizliyi, privatlığı və sürətliliyi artıran 500-dən çox dəyişiklik edilib. Tənzimləmənin dəyişdirilməsində şablon olaraq ghacks-user.js və pyllyukko user.js kolleksiyalarından istifadə olunub.
    • Ən vacib tənzimləmələr təsadüfi dəyişilmələrdən, həmçinin əlavələr tərəfindən müdaxilələrdən qorunub. Bunun üçün onlar mozilla.cfg və polivies.json fayllarına köçürülüb.
    • Statistika toplayan kod söndürülüb.
    • Görünüş olaraq tünd məzmuna da keçmək imkanı var;
    • Brauzerin yükləmə üçün öz əlavələri ( librefox-addons) var. Bunlardan Librefox Dark Theme(tünd məzmun) , Librefox HTTP watcher ( şifrələnməsiz HTTP zamanı ünvan sətrinin rəngini dəyişir) və Librefox Reload Button (səhifənin yenidən yüklənmə düyməsini ünvan sətrinə daxil edir) əlavələrini misal çəkə bilərik.
    • Əlavə risenziyalaşmadan keçmiş və tövsiyyə olunan: uBlock Origin, Browser Plugs Privacy Firewall, User Agent Platform Spoofer, First Party Isolation, Cookie Master kimi kənar əlavələr də var.

    Librefox-un təklif etdiyi paketlər Mozilla-nın rəsmi olaraq təqdim etdiyi Firefox-un modifikasiya olunmamış kod bazasından formalaşır. (Librefox kodu yenidən yaratmır, mövcud koda dəyişikliklər edir). Bu dəyişikliklər öz əksini mozilla.cfg, local-settings.js və policies.json fayllarında, updater və crashreporter faylların silinməsinə və əlaqəli konfiqurasiya fayllarının dəyişdirilməsində göstərir. Həmçinin daxili aushelper@mozilla.org.xpi, firefox@getpocket.com.xpi, onboarding@mozilla.org.xpi, webcompat-reporter@mozilla.org.xpi və webcompat@mozilla.org.xpi əlavələri də silinib.
    Linki kopyala