Mail.ru 'təhlükəsizliyi və konfidensiallığı ilə seçilən' yeni Atom brauzerini təqdim etdi

Mail.ru 'təhlükəsizliyi və konfidensiallığı ilə seçilən' yeni Atom brauzerini təqdim etdi

Code-News
07.02.2019 PAYLAŞIM

Bənzər xəbər


#Step IT Academy tərəfindən təqdim olunur  





    2018-ci ilin iyul ayında Mail.ru öz “Amiqo” brauzerinin üzərində işi dayandırdı hansı ki, yaddaşımızda kompüterimizə icazəsiz yazılan və onu gördükdən sonra dərhal silməyə çalışdığımız tətbiq kimi qaldı.

     Lakin Rusiyanın ən böyük internet provayderi öz brauzeri olmadan qalmaq istəmir. Ona görə də proqramçıları sadəcə bir layihədən digərinə köçürüb rebrendinq elədilər. Amiqo kimi, yeni brauzer Atom da Chromium bazasında yaradılıb.

     Atom brauzerini browser.ru saytından köçürə bilərsiniz. Fevralın 5-i açıq beta test elan olunub.

     Proqramçılar Atom-un əsas xüsusiyyətlərinin sürət, təhlükəsizlik və konfidensiallıq göstəricilərində olduğunu deyirlər:

    Atom sizi təhlükəli saytlar barədə xəbərdarlıqlarla qorumaqdan savayı həmçinin təhlükəsizlik tənzimlənmələrini necə idarə etməli olduğunuz barədə də öyrədəcəkdir. Siz həmişə müxtəlif funksiyaları aktivləşdirdikdə nələrin baş verdiyini öyrənəcəksiniz. Əlavə olaraq siz Atom-da bütün saytlar üçün ümumi tənzimləmələrdən savayı hər bir sayt üçün ayrıca tənzimləmələr də təyin edə biləcəksiniz.

     Yəqin Mail.ru öz səhvlərindən dərs çıxara bilib, çünki Amiqo nüfuz baxımından ciddi mənfi iz qoyub:

     Amiqo brauzerinin yayılması zamanı bir neçə səhv addımlar edilib. Yayılması üçün partnyor və reklam şəbəkələri cəlb olunmuşdu, hansıların ki, bir hissəsi işi etik çərçivələri aşaraq görürdü - brauzerin yayılması üçün onlar razılaşmada qeyd olunmuş qaydalara zidd olan boz sxemlərdən istifadə edirdilər. Belə hərəkətlər məhsula qarşı neqativ yanaşma yaratdı. Buna görə də Mail.ru Group şirkəti Amiqo brendinin gələcək inkişaf etdirilməsindən imtina etdi.

     Buna baxmayaraq, Mail.Ru Group brauzerlərin bazar nişini perspektivli hesab edir və bu yöndə işləri davam etmək istəyir. Yeni məhsulların inkişaf etdirilməsində onlar köhnə təcrübədən yararlanacaqlarını Amiqo layihəsinin dayandırılması barədə olan press-relizlərində deyirlər.

     Əvvəllər Amiqo digər tətbiqlər yazıldıqda sakitcə - istifadəçinin xəbəri olmadan kompüterə yazılırdı, sonradan isə eyni ilə istifadəçinin xəbəri olmadan özünü tapşırıqlar planlamasına və avtoyüklənməyə əlavə edirdi. Görək indi necə olacaq. “Məhsul baxımından Amiqo pis brauzer deyil idi” - deyir Mail.ru təmsilçisi - “Onun məğlub olmasının səbəbi aqressiv marketinqdə idi. Ona görə də biz yeni layihənin yayılması üçün daha “təmiz” metodlardan istifadə edəcəyik.”

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


2020-ci ildə məlumatların vizualizasiyası üçün aktual olacaq Top-8 JavaScript ki..

JavaScript-də məlumatları daha gözəl şəkildə təqdim etmək lazımdır?


Microsoft bu il olmuş qeyri adi fişinq kiberhücumlarından danışdı

Bir neçə müddət bundan öncə isə Microsoft şirkəti kiberhücumlar və malware-lar üzrə trendləri əks et..


Microsoft Windows-da 0-day boşluğu da daxil olmaqla 7 kritik sistem boşluğu arad..

Microsoft şirkəti bu ay təqdim etmiş olduğu yenilənmələr ilə öz sistemlərində 36 boşluğu aradan qald..


Microsoft Teams platformasının Linux versiyası təqdim edildi

Microsoft şirkəti Microsoft Teams platformasının Linux versiyasını təqdim edib.


OpenBSD-də 4 ciddi sistem boşluğu aşkar edilib

OpenBSD-də 4 ciddi sistem boşluğu aşkar edilərək aradan qaldrılıb.


Sadə tətbiqlərin müxtəlif proqramlaşdırma dillərindəki test nəticələri təqdim ed..

Assembler x86_64-də HeavyThing adlı azad kitabxananı reallaşdırmış müəllif Jeff Marrison “Assembler-..

×