main-post-cover

    Mastercard pulsuz test müddəti bitdikdən sonra hesabdan avtomatik pul çıxarılmasına qadağa qoyur

    Digər
    Code-News
    18.01.2019
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  




        Online servislərin, tətbiqlərin pulsuz istifadə müddəti bitdikdə şirkətlər avtomatik hesabdan pul çıxmağa başlayırlar. Bu bir az məyusluq yaradır, artıq ödəniş etmək məcburiyyətindəsiniz. Əgər məhsul xoşunuza gəlirsə bu o qədər də problemli deyil, amma hərdən elə olur ki, test müddəti zamanı istifadəçi təklifin onun istəklərinə cavab vermədiyini anlayır. İmtina etmək isə yaddan çıxır və bunu etməyə vaxt olmur və nəticədə hesabdan pullar çıxmağa başlayır. Bəzi hallarda abunəliyin imtinası çətin bir kvestə çevrilir. Bu "futbol oyununu" isə heç kəs sevmir. Mastercard öz müştərilərinə bu problemin həllində kömək olmağa qərar verdi. Şirkət test müddəti bitdikdən sonra hesabdan avtomatik pul çıxarılmasına qadağa qoyduğunu elan etdi.

        "Free Trial" bitdikdən sonra istifadəçi növbəti dövrü ödəməyə razı olduğunu təsdiq etməlidir. Bu məhsulu yaratmış şirkət sakitcə hesabdan vəsait çıxara bilməyəcək. Artıq o istifadəçiyə email və ya sms göndərməlidir, hansındaki tranzaksiyanın həcmi, tarixi və əlaqəli şirkətin adı olmalıdır. Həmin bu ismarıcda həmçinin abunəlikdən çıxışın necə olması barədə dəqiq və aydın məlumat göstərilməlidir.
         Tətbiqi təqdim edən şirkət bu bildiriş ismarıclarını hər ödəniş dövrü zamanı həyata keçirməlidir. Bildiriş ismarıclarında ödənişin həcmi, tranzaksiya barədə məlumatlar və abunəlikdən imtina üçün təlimat əks olunmalıdır. Ödənişin izahında həmçinin şirkətin saytına URL və əlaqə nömrələri qeyd olunmalıdır.
         Mastercard təmsilçiləri hesab edirlər ki, ödənişsiz sınaq müddəti - müştəri cəlb etmək üçün əla vasitədir. Yalnız, təəssüf ki, bir çox insanlar abunəlikdən necə imtina edə biləcəklərini bilmirlər və hətta imtina prosesini maksimal dərəcədə çətinləşdirən şirkətlər də az deyil. Yeni qaydalar pulsuz test müddəti ilə cəlb olunan müştəriləri qorumağa yardım edir.

    Qeyd: Şirkət sonradan rəsmi press-relizdə dəyişikliklər edərək yeni qadağanın virtual xidmətlər yox, yalnız tətbiq və servislər vasitəsi ilə satılan kosmetika, tibbi xidmət və s. kimi fiziki məhsul və xidmətlərə aid olması barədə düzəliş etdi.
    Linki kopyala