main-post-cover

    Microsoft Chromium əsaslı Edge brauzerini buraxdı

    Digər
    Code-News
    10.04.2019
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  





        Microsoft hələ keçən il öz Edge brauzerini Chromium mühərriki əsasında buraxacağını elan etmişdi. Və budur, şirkət nəhayət ki, dediyini etdi. 


    Məlum olanlar. 
        Yenilik hələki yalnız proqramçılar üçün iki versiyada təqdim olunub: Dev Channel və Canary Channel. Yaxın günlərdə Microsoft brauzerin daha stabil beta versiyasını buraxacaq. 


        Chomium mühərriki sayəsində brauzer daha sürətlidir. Adi Edge ilə müqayisədə hələ heç bir kardinal dəyişiklik yoxdur. Lakin gələcək versiyalarda tünd rejim, faylların oxunması üçün daxili tətbiq, tərcüməçi, “sürətli skrolling” funksiyası və bir sıra digər imkanlar əlavə ediləcək. 
     
    Hardan endirməli. 
        Yeni Edge-i rəsmi saytdan artıq endirmək olar. O hələki yalnız Windows 10-da dəstəklənir. Gələcəkdə Windows 8.1, Windows 7 və macOS ƏS-ləri üçün versiyalar da təqdim olunacaq. 

    Linki kopyala