main-post-cover

    Microsoft şirkəti TypeScript/JavaScript və C++ üçün İntelliCode reallaşdırdı

    Digər
    Code-News
    11.12.2018
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  

           

        Microsoft Visual Studio Code-da TypeScript/JavaScript və Visual Studio-da C++ üçün intellektual köməkçilər funksiyasını yaratdı. Kod yazıldığı zaman İntellicode genişlənməsi komandaların bitmə variantlarını əlifba sırası ilə yox, kontekstə uyğun olaraq çıxarır. Bu məsləhətlər ümumi siyahıda ulduzlar ilə işarələnir.
        Typescript/JavaScript üçün İntellicode genişlənməsi Visual Studio Code-un genişlənmələr mağazasına və tekst redaktorunun “Genişlənmələr” hissəsinə yerləşdirilib. Yüklənmədən sonra heç bir əməliyyat tələb olunmur - redaktorda işə başlamaq kifayət edir, sistem özü məsləhətlər verməyə başlayacaq.
        Yaradıcıların dediyinə görə, genişlənmə həmçinin JS-kitabxanalar üzrə yönlənmədə də köməkçi olacaq, üstəlik proqramlaşdırmanın sahəsindən asılı olmayaraq: İstər klient tərəfli React, Angular, Vue, istərsə də server tərəfli Node.js və ya Express.

    IntelliCode C++ üçün
        Visual Studio 2019-da C++ üçün IntelliCode genişlənməsini marketpleysdən yükləmək olar. Genişlənmənin yaradıcıları söz verirlər ki, tezliklə İntellicode proqramçının öz yazdığı kod əsasında öyrənərək təkmilləşəcək. Hələ ki, “ağıllı” köməkçilər özgə layihələrin analizinin nəticəsidir. Həmçinin, komanda C++ üçün İntelliCode-un VS Code-a da əlavə edilməsini düşünür.
    Microsoft İntelliCode-u Build 2018 konfransında relevant köməkçiləri göstərməklə kod yaradıcılığını sürətləndirən sistem kimi təqdim edib. 2018-ci ilin may ayında funksiya yalnız Visual Studio 2017-də C# üzrə işləyə bilirdi, bir neçə ay sonra isə İntellicode-un Visual Studio Code-da Python üçün dəstəyi təqdim olundu.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər