Microsoft təsdiqlədi: Edge brauzeri Chromium mühərrikinə keçəcək

Microsoft təsdiqlədi: Edge brauzeri Chromium mühərrikinə keçəcək

Code-News
08.12.2018 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Bənzər xəbər


#Step IT Academy tərəfindən təqdim olunur  

       

    Bir neçə gün öncə şəyiələr gəzməyə başladı ki, Microsoft Chromium bazası əsasında yeni brauzer yaradır, hansı ki, Edge-ın əvəzinə təqdim olunacaq. Şayiələrin əsası oradan gəldi ki, birdən-birə Microsoft işçiləri Opensource layihəyə kommitlər eləməyə başladılar. İndi Microsoft rəsmi olaraq bəyan elədi, ki həqiqətən də öz EdgeHTML mühərrikindən Chromium-un xeyrinə imtina edəcək.

    Veb-proqramçılar üçün bu həqiqətən də xoş xəbər oldu: Artıq testləmə zamanı mühərriklər sırasından biri yoxa çıxacaq və iş daha da asanlaşacaq, İE/Edgenin “orijinal” xüsusiyyətləri isə nəhayət ki, tarixə basdırılacaq. Lakin Mozilla düşünür ki, Microsoft əməkdaşlarının bu qərarı internet üçün təhlükəlidir, çünki Google-ın təqdim etdiyi brauzerin dominantlığı daha da totalitar olmağa başlayır. Belə bir təhlükə var ki, Firefox o qədər marjinal bir sahəyə sıxışdırılacaq ki, tərtibatçılar onun üçün testləri dayandıracaqlar.

    Firefox-un payı getdikcə daha da azalır. 2018-ci ilin Dekabrında rəqəmlər uzun zamandır görülməyən minimala düşdü: Desktoplarda 9%-dən aşağı.

    Microsoft öz qərarını xoşməramlı məqsədlərlə arqumentləyir: “Son illər ərzində Microsoft Opensource cəmiyyyətdə iştirakını daha da genişləndirdi və OSS layihələrin ən böyük tərəfdaşlarından biri oldu. Bu gün biz bəyan edirik ki, müştərilərimiz üçün ən yaxşı veb-uyğunlaşma təmin etmək üçün və internetin fraqmentasiyasını azaltmaq üçün Chromium layihəsindən Microsoft Edge-ın desktop versiyası üçün istifadə edəcəyik.” - rəsmi press-relizdə deyilir.

    Microsoft hesab edir ki, öz tərtibatçılarına Chromium layihəsi üzrə işləməyə icazə verdikdə onlar nəinki Microsoft Edge-ı, həmçinin digər desktop brauzerlərini də yaxşılaşdıracaqlar. Nəticədə bir çoxları üçün internet daha da yaxşılaşacaq: “Microsoft Edge (və ola bilər ki digər brauzerlər) bütün veb-saytlar ilə daha yaxşı uyğunlaşma əldə edəcəklər, həmçinin avtonom işləmə və Windows cihazları ilə inteqrasiya da təkmilləşəcək. Veb-tərtibatçılar test zamanı daha az fraqmentləşmiş veb-platforma əldə edəcəklər və bu daha az problem yaşanacağına və istifadəçilərin razılığını artıracağına zəmanət verir”


Əlvida EdgeHTML

    “Əlvida EdgeHTML” - məhz belə bir başlıq altında Mozilla öz rəyini bloq-post formasında bildirdi. Və bu heç də ironiya deyil: Əməkdaşlar həqiqətən də Microsoft-un öz mühərrikindən imtina etməsinə təəssüf edirlər: “Chromium-u qəbul edərək, Microsoft Google-ın əlinə online həyat üzərində daha çox idarəetmə gücü vermiş olur. ”- deyə onlar yazırlar. Melodramatik səslənsə də bu belə deyil. “Brauzer mühərrikləri olan Google-dan - Chromium və Mozilla-dan Gecko Quantum proqram təminatlarının daxili hissələridir, hansılar ki, əslində bizim gündəlik internetdə nə edə biləcəyimizi təyin edirlər. Onlar bizim imkanlarımızı təyin edirlər: İstehlakçı kimi hansı kontenti görə bilərik, bizim təhlükəsizliyimiz necə qorunur və veb-servisləri necə idarə edirik. Microsoft-un bu  qərarı Google-a bizim çərçivələrimizi birtərəfli təyin etmək imkanını verir.”

    Mozilla hesab edir ki, Microsoft bu qərarı biznes məqsədləri üçün verib: “Google bizim online həyatımız barədə totalitar idarəetməyə o qədər yaxındır ki, onunla mübarizə əlverişsiz ola bilər. Microsoft səhmdarlarının maraqları internetin çeşidliyini sual altında qoya bilər. Google çox peşəkar işçiləri olan və unikal aktivlərin monopolistik sahibi olan sərt rəqibdir. Google-ın axtarışda, reklamda, smartfonlarda və məlumat toplamasındakı dominantlığı çox ədalətsiz bir meydan yaradır, hansı ki hərkəsə zərər verir”.

    Sosial, vətəndaş və individual nöqtəyi nəzərdən fundamental online-infrastrukturun idarəetməsinin bir şirkətə verilməsinin çox dəhşətli olduğunu hesab edir Mozilla. Onlar qeyd edirlər ki, həlledici gücün istifadəçilərin əlində olması Mozilla-nın bir qeyri-kommersiya təşkilatı kimi mövcud qalmasının əsas səbəbidir. Onlar Google ilə rəqabətə biznes nöqtəyi nəzərdən yox, internetin rifahı nöqtəyi nəzərdən baxırlar. Bu baxımdan kifayət qədər kədərli bir haldır ki, Firefox daha da dibə getdi və desktoplarda 9%-dən də aşağı düşdü. Rəqəmlər uzun illər ərzində ilk dəfə bu qədər pis nəticə göstərirlər və Firefox-un payı düşdükcə Chrome-un dominantlığı daha da güclənir.



    Mozilla razılaşır ki, Chromium-un dominantlığı tərtibatçıların işini asanlaşdıracaq:Test zamanı bircə Chromium ilə yoxlamaq kifayət edəcək, amma “Bu bir vaxtlar Microsoft-un 2000-ci illərdə Firefox çıxana qədər apardığı brauzer monopoliyası kimidir. Və bu yenidən təkrarlana bilər.”

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


2020-ci ildə məlumatların vizualizasiyası üçün aktual olacaq Top-8 JavaScript ki..

JavaScript-də məlumatları daha gözəl şəkildə təqdim etmək lazımdır?


Microsoft bu il olmuş qeyri adi fişinq kiberhücumlarından danışdı

Bir neçə müddət bundan öncə isə Microsoft şirkəti kiberhücumlar və malware-lar üzrə trendləri əks et..


Microsoft Windows-da 0-day boşluğu da daxil olmaqla 7 kritik sistem boşluğu arad..

Microsoft şirkəti bu ay təqdim etmiş olduğu yenilənmələr ilə öz sistemlərində 36 boşluğu aradan qald..


Microsoft Teams platformasının Linux versiyası təqdim edildi

Microsoft şirkəti Microsoft Teams platformasının Linux versiyasını təqdim edib.


OpenBSD-də 4 ciddi sistem boşluğu aşkar edilib

OpenBSD-də 4 ciddi sistem boşluğu aşkar edilərək aradan qaldrılıb.


Sadə tətbiqlərin müxtəlif proqramlaşdırma dillərindəki test nəticələri təqdim ed..

Assembler x86_64-də HeavyThing adlı azad kitabxananı reallaşdırmış müəllif Jeff Marrison “Assembler-..

×