main-post-cover

    Mozilla bir mobil brauzer daha təqdim etdi

    Digər
    Code-News
    09.02.2019
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  





        Mozilla şirkəti öz bloqunda Reference Browser adlı yeni bir layihəni elan etdi. Bu layihənin etalon brauzer olacağı və yeni layihə və məhsullar üçün test meydanına çevriləcəyi gözlənilir. GeckoView və Glean-ın yeniliklərini öncə orada nümayiş edib sınaqdan keçirəcəklər və sonra digərləri üçün də açıq edəcəklər. Həmçinin şirkət bəyan edir ki, yeni brauzer hazır bir məhsul olmayacaq, parçalarla yayılacaq və beləliklə onunla müxtəlif platformalarda fərqli brauzerlər yaratmaq olacaq.
         İstifadəçilər məhsulun sınaqlarında iştrak edib, elementlərin birgə necə işlədiklərini qiymətləndirə biləcəklər. Şirkət istifadəçi cihazlarından məlumat toplanılacağını da dedi, lakin eyni zamanda onların təhlükəsiz olacağına əminlik verdi. Bunları dedikdən sonra hər ehtimala qarşı şifrələr və əlfəcinlər kimi vacib məlumatların öncədən rezerv olunmasını tövsiyə etdi.
         İştirak üçün PK-dan bu link üzrə və ya smartfon üçün bu linkdən keçib testerlər qrupuna qatılmaq lazımdır. Qeyd eləmək lazımdır ki, məhsulda hazırda çoxlu bugların olması gözləniləndir. Şirkət test iştirakçılarını rəylər qoyaraq proqramçıların son məhsulu təkmilləşdirməsində kömək olmağa çağırır.
    Linki kopyala