main-post-cover

    Mozilla şirkəti Firefox-da işləməyən əlavələr baradə nöqsanı qismən aradan qaldırdı

    Digər
    Code-News
    14.05.2019
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  





      

       Mozilla şirkəti Firefox brauzeri üçün əlavələrin işləməməsi problemini aradan qaldıran bərpa yenilənməsi buraxdı. Bu xəta bir neçə gün öncə yaranıb və səbəbi sertifikatın vaxtının keçməsi idi. Nəticədə brauzerdə reklam bloklayıcıları, parol menecerləri daxil olmaqla olan bütün əlavələr fəaliyyətini dayandırmışdı. 

        Bərpa yenilənməsinin brauzer əlavələrinin işlənməsini geriyə qaytarmasına baxmayaraq bir çox istifadəçilər hələ də əlavələrin işləməsi ilə əlaqəli problemlər yaşayırlar. Bu daha çox köhnə proqram təminatı istifadə edənlər ilə baş verir. 

        Firefox-un hazırkı versiyası - 66-dır. İstifadəçilərin çoxu isə hələ də köhnə versiyadadırlar. Bunun səbəbi köhnə əməliyyat sistemlərindən istifadə və ya yenilənməyən genişlənmələr ola bilər. Mozilla köhnə brauzerlər üçün bərpa yenilənməsi barədə sualları hazırda cavabsız qoyur. Bəzi istifadəçilər hətta bu xətanın süni şəkildə yarandığını və bunun yeni brauzerə keçidi məcburi etmək cəhdi olduğunu səsləndiriblər. 

        Əgər istifadəçilər əlavələrin işləmələri ilə əlaqədar problemlər yaşayırlarsa şirkət istifadəçilərə kənar vasitələrdən istifadə etməyi tövsiyyə etmir. Şirkət problemin üzərində aktiv işlərə davam edir. 
    Linki kopyala