Parolsuz WebAuthn rəsmi veb-standart elan edildi

11.03.2019 0 PAYLAŞIM 174 OXUNMA

#Step IT Academy tərəfindən təqdim olunur  




    Parollardan imtina yolunda bir addım daha atıldı: Ümumdünya Hörümçək toru Konsorsiumu (W3C) FİDO Alliance ilə birgə WebAuthn internet-standartını rəsmi olaraq qəbul etdilər. Bu texnologiyanın verdiyi imkanlar sayəsində fiziki təhlükəsizlik açarı, biometrik verilənlər və ya mobil cihaz ilə hesablara (profillərə) daxil olmaq olur.

    Artıq Windows 10, Android, həmçinin Chrome, Firefox, Edge və Safari (baxılır) brauzerləri bu standartı dəstəkləyirlər.


    Daha sonra necə olacaq?

    Daha sonra platforma, tətbiq və sayt tərtibatçıları bu texnologiyadan aktiv istifadə etməyə başlayacaqlar. Əgər siz proqramçısınızsa FIDO Alliance-ın rəsmi saytına daxil olaraq, mütəxəssislərdən ətraflı məlumat ala bilərsiniz.

    W3C və FIDO Alliance ilk dəfə WebAuthn standartını keçən il apreldə təqdim etmişdilər. Həmin zaman standart yalnız Firefox daxilində dəstəklənirdi.