main-post-cover

    Proqramçıların iş müsahibəsi zamanı ən çox buraxdıqları səhvlər

    Digər
    Code-News
    23.12.2018
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  






    Çox zaman müsahibəyə qədər gəlib çıxmış proqramçı artıq bu  işə uyğun olur, lakin müsahibədə səhvlər buraxdığı üçün onunla eyni zamanda müraciət etmiş proqramçılara nisbətən daha zəif görünür və nəticədə şirkətə qəbul olunmur. Biz sizə ən tez-tez buraxılan səhvləri sadalayacağıq.

    1) Hər hansı uğurlu həllin mövcud olmasını zənn edirlər.
        Əgər siz PT tərtibatı üzrə işə düzəlmək üzrəsinizsə heç kəs sizdən müsahibə zamanı Blum filterini və onun istifadə yerini soruşmayacaq. Amma namizədlər həmişə beyinlərində ideal olmasa da kafi hesab oluna biləcək həllərin üzərindən xətt çəkib fərqlənən qeyri-adi görünən bir bilikləri barədə danışmaq istəyirlər. Proqramlaşdırmada olduğu kimi burada da çətin və xüsusi məlumatları yalnız heç bir şübhə olmadıqda istifadə etmək lazımdır.
    Həll yolu: Standart alqoritmlərdan istifadə edin.

    2) Müsahibə götürənin məsləhət və ipucularını “yola verirlər”.
        Bu səhv özünü müxtəlif formalarda göstərir. Ən yaxın metafora: ”Şorbanın çəngəl ilə yeyilməsinə necə baxırsınız?“. Müsahibəçi sizə açıq aydın bir sual verəndə sizdən iki hərəkətdən birini gözləyir: Ya deyilən ilə razı olduğunuzu göstərirsiz ya da əksini düşünürsünüzsə qısa aydın və mümkünü qədər inandırıcı formada niyəsini isbat etməlisiniz. İstənilən halda bu köməkçilərə saymazyana yanaşmaq heç vaxt yaxşı nəticəyə gətirib çıxarmır. Hərdən namizədlər bu ipucunu qəbul edirlər, amma heçnə alınmayanda ya əks varianta keçirlər ya da başqa mövzunu başqa səmtə aparıb dəyişməyə çalışırlar. Əgər sizə məsləhət edirlərsə və siz deyilənin yanlış olduğuna əminsinizsə bunu isbat edin. Bir çox hallarda müsahibə götürənin əlinin altında hazır cavab olur və razılığınız bu cavab ilə eyni ola bilər amma inkar edərək heç kəsin görə bilmədiyi üstün bir həlli ortaya qoymuş proqramçılar da olur bəzən.
    Həll yolu: Müsahibəçinin verdiyi sualı diqqətlə düşünün və tələsməyin.

    3) Dördküncləri yumru dəliklərə salmağa çalışırlar.
        Bu səhv öncəki ilə kəsişir. Amma namizədlərdən çox vaxt problem soruşulduqda onlar cəld həll yolu deyib sonra onu doğru göstərməyə çalışaraq üzərinə standart “bəzək-dəstək” həllərini əlavə edirlər. Əgər siz dediyiniz həllin səhv olduğunu anladızsa cavabı dəyişməkdən çəkinməyin. Üstəlik həmin birinci cavabının niyə səhv olduğunu sadalaya bilərsinizsə onları da deyib başqa həllə keçin.
    Həll yolu: Öncə dediyiniz cavabın üzərindən xətt çəkib başqasını deməkdən qorxmayın.

    4) Çox tez cavabın detallarına gedirlər. 
        Bu səhv namizədi o dəqiqə “basdırmır”, amma narahatlığa iki yol açır. Birincisi: Həlli detallarla izah edərək onlar verdikləri cavaba daha çox bağlanırlar və nəticədə bu 3-cü səhvə gətirib çıxarır. İkinci səbəb: Müsahibə götürənin sizi anlaması qəlizləşir və böyük ehtimal siz düzünü desəz də qarşı tərəfin sizə inancı azalacaq. Müsahibəçilər çox vaxt sizi səhv cavablardan doğru cavablara tərəf çəkməyə çalışırlar ona görə də sizi nə qədər tez anlasalar bir o qədər sizin üçün yaxşıdır. Üstəlik, müsahibə vaxtının da limitli olduğunu nəzərə alsaq səhv həllin 30 saniyə çəkməsi 5 dəqiqə qədər uzun olmasından daha yaxşıdır. Yox,  əgər cavabınız doğrudursa və ya doğruya yaxındırsa, müsahibəçi özü sizdən detalları soruşacaq.
    Həll yolu: Cavabınız mümkün qədər qısa olmalıdır.

    5) Səssizliyi doldura bilmirlər.
        Sual ilə cavab arasında çox vaxt bir boşluq yaranır və bu boşluq hər iki tərəfi narahat etmiş ola bilər. Tələsmək lazım deyil, amma gözlətmək də olmaz. Yaxşısı budur ki, sualı eşitdikdə “biraz dəqiqə”, ”biraz düşünüm”, “bir saniyə” kimi boş sözlərdən istifadə edəsiniz. Bu verəcəyiniz cavaba heç bir təsir etməyəcək, amma bir dəqiqə düşünüb sonra cavab vermək iki dəqiqə durmadan əsassız cümlələr işlətməkdən daha yaxşıdır.
    Həll yolu: Fikirlərinizi ifadə etməkdən öncə onları formalaşdırmalı olduğunuzu bildirin.

    Yuxarıda gördüyünüz səhv və həllər Reddit postundan götürülüb. Bizim yerli proqramçıların da eyni səhvləri buraxdığını nəzərə alaraq tərcümə edib sizinlə paylaşırıq. Lakin mən, Həsənağa Azad olaraq bir bəndi də özümdən əlavə etmək istəyirəm. Bir çox şirkətdə Project Manager olaraq işləmiş olduğum üçün və işə yeni proqramçı götürülərkən həlledici qərarın məndə olduğu üçün yerli proqramçıların çoxunun buraxdığı bir ümumi böyük səhvi sizinlə paylaşmaq istəyirəm.
    6) Kod gətirmirsiniz
        Proqramçının işi və işinin keyfiyyət göstəricisi onun yazdığı koddadır. Lakin bir çoxları işə düzələrkən bunu göstərməyi unudurlar. Yaxşı şirkətə sizin nə təhsiliniz, nə yaşınız, nə cinsiniz, nə ünsiyyətiniz, nə də görünüşünüz önəmli deyil. Şirkətin məqsədi maksimal dərəcədə effektiv işçi götürməkdir ki, onun işindən mümkünü qədər çox yararlansın. Əgər sizin ünsiyyətdə hər hansı probleminiz varsa, özünüzü ifadə edə bilmirsinizsə, bu peşə etibarı ilə sizin üçün normaldır və müsahibə götürən buna öncədən də hazırdır. Ünsiyyətin yaratdığı problemin həlli isə  yalnız işinizin nümayişində ola bilər. CV-də Github linki yaxşıdır, amma müsahibəyə qədər çağırılmısınızsa əliboş gəlməyin. Fleşkartda kod gətirin və sizdən müsahibə götürənə verin. Əgər qarşınızdaki şəxs kod oxuya bilmədiyini deyirsə, şirkətin hər hansı proqramçısını çağırıb koda baxmasını xahiş edin. Əlinizdən gələni edin ki, şirkətdən kimsə sizin koda baxıb sizə qiymət versin. Kodun özünə gəldikdə isə sizdən heç kəs ideallıq gözləmir. Kodunuzda səhvlərin tapılması və ya hər hansı sətrlərin tənqid olunması, əksinə, həqiqətən də onun siz tərəfindən yazılmış olmasını, copy-paste olmamasını isbat edir. Kodun göstərilməsi sizin 100-də-100 işə qəbul olunacağınıza zəmanət vermir, lakin yaxşı kod bütün ünsiyyət nöqsanlarının üzərindən xətt çəkir, buna əmin ola bilərsiniz.
    Linki kopyala