main-post-cover

    Siz hack olunmuş bir sayta daxil olarkən Firefox sizə bildiriş göstərəcək

    Digər
    Code-News
    01.12.2018
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  

           
    Siz hack olunmuş bir sayta daxil olarkən Firefox sizə bildiriş göstərəcək və Amazon kimi online riteylerlərda sizin üçün monitorinq aparacaq.
        Firefox brauzerinin Desktop versiyası hacker hücumlarına məruz qalmış saytları ziyarət edərkən istifadəçiyə bildirişlər verməyi öyrənib. Funksiya Firefox Monitor genişləndirilməsi üzərindən reallaşdırılıb, hansı ki, 2018-ci ilin sentyabr ayında təqdim olunub. Öncələr o yalnız email ünvanların oğurlanmış olmasını yoxlayırdı. Monitor Have | Been Pwned sərgisinin məlumatlar bazasından istifadə edir. Artıq alət son 12 ay ərzində genişmiqyaslı hücüm ilə üzləşmiş sayta daxil olduqda istifadəçiyə bildiriş verəcək.
         Bildiriş sındırılmış hesabların sayını göstərir və istifadəçiyə resursda öz hesabını yoxlamağı məsləhət edir. Tərtibatçılar istifadəçiləri bezdirməyəcəklərinə zəmanət verirlər - Monitor hər sayt üçün cəmi bir bildiriş göndərəcək. Təkrarlanma yalnız həmin portal yenidən hücuma məruz qaldıqda baş verə bilər. Bildirişləri tənzimlənmələrdən söndürmək olar.

        Layihənin blog-postunda həmçinin qeyd olunub ki, Monitor 26 dilə tərcümə olunub. Tərtibatçılar bəyan edirlər ki, bildirişlər əslində istifadəçinin təhlükəsizliyini qorumaq üçün təkmilləşmiş sistem yaradılışı yolunda yalnızca birinci addımdır.
        Firefox-da başqa bir yenilik də var. The Price Wise adlı genişləndirilmə seçilmiş məhsulların beş nəhəng onlayn-riteylerdə qiymətini monitorinq edir: Amazon, Best Buy, Home Depot, eBay və Walmart. Layihəni Test Pilot proqramı çərçivəsində əldə etmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər