Slack Workflow Builder adlı tətbiq konstruktorunu buraxdı

29.04.2019 0 PAYLAŞIM 181 OXUNMA

#Step IT Academy tərəfindən təqdim olunur  





   

   Slack-ın Workflow Builder konstruktoru vasitəsi ilə istənilən şəxs messenger-in daxilində tətbiq yarada biləcək 
    “Workflow Builder - bizim platformanın genişlənməsidir. Onun vasitəsi ilə proqramlaşdırma biliklərinə sahib olmayan insanlar Slack-ın daxilində tətbiq və proseslər yarada biləcəklər.” - deyir Slack məhsulunun idarə heyyətindən Endi Pflaum
    
    Bot və tətbiqlər üçün Slack platforması 2015-ci ildə təqdim olunub. Onun asanlaşmış versiyası Block Kit fevral ayında istifadəyə açıq oldu.  Workflow Builder messenger daxilində tətbiqlərin yaradılmasını daha da asanlaşdırır - onun vasitəsi ilə tez və asan iş prosesi yaratmaq olar. 
    
    “Buraxdığımız ilk versiya daha çox Slack-ın daxilində mövcud olan iş prosesləri üçün nəzərdə tutulub. Məsələn siz Slack-da məlumat daxil edirsiniz, o isə birbaşa olaraq əlaqədar şəxsə və ya kanala yönlənir.” - deyir Pflaum. 
    “Növbəti versiyalarda digər tətbiq və servislərə qoşulmaq imkanları da olacaq. Beləliklə, siz özünüz üçün CRM, texniki dəstəyə müraciət sistemi və ya səhvlərə nəzarət sistemi yarada bilərsiniz.