main-post-cover

    Tezliklə WebP bütün web-i zəbt edəcək, amma tez gedəcək

    Digər
    Code-News
    07.12.2018
    Farid Pardashunas

    #Step IT Academy tərəfindən təqdim olunur  

           
    Şəkil kodlama standartı olan WebP-nı yeni hesab etmək olmaz, çünki Google onu uzaq 2010-cu ildə təqdim etmişdi. Lakin bütün bu vaxt ərzində brauzerlar hərəsi öz formatını təklif etdiyinə görə bu WebP hələ də geniş yayılmayıb. Amma tezliklə vəziyyət dəyişəcək, çünki format yaxın zamanda brauzerlərin çoxunda dəstəklənəcək. Lakin, WebP məhşurlaşanda artıq köhnəlmiş olacaq, çünki onun yeni rəqibi - AVİF formatının brauzer dəstəyi üçün artıq aktiv iş gedir.

    WebP Dəstəklənməsi.
    Formatın açıq olmasına baxmayaraq Firefox dəstəklənməni bacardığı qədər yubadırdı. “Tülkünün” proqramçıları APNG formatını GIF-in əvəzləyicisi kimi təqdim etmək istəyirdilər, WebP isə maneəçilik yaradırdı. Həmçinin Mozilla yığcamlatma alqoritmları ilə öz eksperimentlərini aparırdı və hətta öz MozJpeg kodlaşdırıcısını da təqdim etmişdi. Buna baxmayaraq, nəhayət ki WebP dəstəyini öz kodlarına əlavə etmək qərarını verdilər və 2019-cu ilin birinci yarısı üçün planlaşdırılan Firefox 65 relizində biz WebP dəstəyini görəcəyik.
    Microsoft isə JPEG XR barədə düşünürdü və WebP-nin inteqrasiya olmaması daha çox siyasi məsələ idi. Lakin bu JPEG XR formatın yayılmasına əmma onda oldu ki, bu format sərbəst deyil idi - lisenziya tələb edirdi, ona görə də Open Source cəmiyyəti onu heç vaxt qəbul etməzdi. WebP-ya gəldikdə isə, Microsoft bu yaxınlarda fikrini dəyişdi və formatı Edge 18-ə əlavə etdi.
    Hazırda bu formatı dəstəkləməyi planlamayan yeganə oyunçu Apple qalır, baxmayaraq ki WebP əvvəllər test formasında Safari-də dəstəklənirdi. Əslində bunun üçün iki səbəb var. Apple-ın HEVC videoyığcamlatma standartı əsasında işləyən öz HEIF formatı var. İkinci səbəb isə AVIF, hansı ki WebP-dən daha müasirdir.

    WebP artıq köhnəlib.
    WebP formatı VP8 videokodekinin alqoritmları əsasında yaradılıb. JPEG ilə müqayisədə effektivliyi heç bir şübhə oyatmasa da, VP8 özü də köhnəlib və ondan daha müasir VP9, HEVC və AV1 kimi effektiv alqoritmlar mövcuddur. Əgər ikincisinin istifadəsi lisenziya məsələlərinə görə sərhədlənsə də, sonuncusu sırf lisenziyasız istifadə üçün yaradılır.
    AV1 üzərində işləyən Alliance for Open Media ittifaqında hazırda bütün brauzer yaradan oyunçular iştirak edir - Google, Microsoft, Mozilla və Apple. Həmçinin ittifaqın sıralarında çip tərtibatçıları da var və onlar aparat sürətlənməsi əlavə edəcəklərini söz verirlər, hansı ki mobil cihazların xeyrinə olacaqdır. Ümumilikdə, AV1/AVIF çox perspektivli görünür, amma o hələ ki yoxdur və WebP şəkillər üçün əla alternativdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər