Yandex Buluda kompüter görməsi modelləri ilə işləyən Yandex Vision əlavə edildi
Digər
Code-News
25.04.2019
Farid Pardashunas
#Step IT Academy tərəfindən təqdim olunur
Yandex Buludda yenilik var: Şirkət kompüter görməsi texnologiyaları ilə işləyən Yandex Vision servisini buraxdı. Servis mətni oxuya bilir (40 dil), üzləri şəkillərdə aşkar edə bilir (identifikasiyasız) və istifadəçi kontentini sinifləşdirə bilir.
Sinifləşdirmə üçün iki model var. Biri şəkilləri ölçülərindən asılı olaraq qruplara bölür, digəri isə moderasiya üçündür. Misal üçün onunla şəkillərə watermark yapışdırmaq olar.
Proqramçıların dediklərinə görə Yandex Vision ilə REST APU və ya gRPC APİ üzərindən işləmək olar.
Şirkət hələki yalnız mətnin tanınmasının qiymətini deyib, çünki üz aşkar olunması və sinifləşdirmə funksiyaları hələ ki preview mərhələsindədir. Ay ərzində 1000 uğurlu analizin qiyməti 120 rubl edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ