Yeni Edge Chrome genişlənmələrini dəstəkləyəcək

Yeni Edge Chrome genişlənmələrini dəstəkləyəcək

Code-News
18.12.2018 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Bənzər xəbər


#Step IT Academy tərəfindən təqdim olunur  

       

     Edge brauzerinin Chromium platformasına keçməsi barədə rəsmi anonsunda Microsoft şirkətinin təmsilçiləri bu migrasiyanın bir üstünlüyünü gizlətdilər. Söhbət Google Chrome-un kataloqundakı minlərlə genişlənmədən gedir.

    Bu məlumatın rəsmi anonslarda qeyd olunmamasının səbəbi yəqin ondadır ki, genişlənmələr mağazası açıq Chromium layihəsinə aid deyil və yalnız Google şirkətinə məxsusdur.

    Amma, Reddit-dəki sual-cavablar zamanı tərtibatçı komandalarının təmsilçiləri istifadəçiləri sakitləşdirərək təsdiq etdilər - onlar mövcud Chrome genişlənmələrini dəstəkləməyi planlaşdırırlar.

    Microsoft Edge-ın ikinci nəsli klassik proqram olacaq, universal Windows tətbiqi yox. Ona görə də bir çoxlarını maraqlandıran sual brauzerin PK olmayan platformalarda dəstəklənməsidir. Məlum oldu ki, şirkətin mühəndisləri yeni brauzeri bütün Windows 10 cihazlarına keçirmək istəyirlər, həmçinin Xbox oyun konsoluna da.

    Hazırda Windows-un universal tətbiqləri veb-içərisinin göstərilməsi üçün EdgeHTML/Chakra mühərrikindən istifadə edirlər. Eyni əlaqə Chromium-a keçdikdən sonra da istifadə olunacaq. Gələcəkdə Microsoft peşəkarları WebView komponentinin yeni versiyasını hazırlayacaqlar, hansı ki, tərtibatçılara EdgeHTML/Chakra və Blink/V8 arasında seçim etməyə imkan verəcək.

    Edge tərtibatçıları həmçinin PWA dəstəklənməsindən də imtina etmirlər. İndi olduğu kimi onları həm brauzerdən həm də Microsoft Store-dan yükləmək olacaq. Əvvəl Edge üzərində yaradılmış PWA-lar eyni EdgeHTML ilə işləyəcəklər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


2020-ci ildə məlumatların vizualizasiyası üçün aktual olacaq Top-8 JavaScript ki..

JavaScript-də məlumatları daha gözəl şəkildə təqdim etmək lazımdır?


Microsoft bu il olmuş qeyri adi fişinq kiberhücumlarından danışdı

Bir neçə müddət bundan öncə isə Microsoft şirkəti kiberhücumlar və malware-lar üzrə trendləri əks et..


Microsoft Windows-da 0-day boşluğu da daxil olmaqla 7 kritik sistem boşluğu arad..

Microsoft şirkəti bu ay təqdim etmiş olduğu yenilənmələr ilə öz sistemlərində 36 boşluğu aradan qald..


Microsoft Teams platformasının Linux versiyası təqdim edildi

Microsoft şirkəti Microsoft Teams platformasının Linux versiyasını təqdim edib.


OpenBSD-də 4 ciddi sistem boşluğu aşkar edilib

OpenBSD-də 4 ciddi sistem boşluğu aşkar edilərək aradan qaldrılıb.


Sadə tətbiqlərin müxtəlif proqramlaşdırma dillərindəki test nəticələri təqdim ed..

Assembler x86_64-də HeavyThing adlı azad kitabxananı reallaşdırmış müəllif Jeff Marrison “Assembler-..

×