main-post-cover

    1-2 ildən sonra pirat oyunlar ümumiyyətlə olmaya bilər

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Oyun piratçılığı sahəsinin ən məşhur təmsilçilərindən biri olan Çin forumu 3DM-in işçilərini narahat edən odur ki, növbəti bir neçə il ərzində komputer oyunlarının sındırılmasına qarşı yönəlmiş müdafiə sistemləri o dərəcədə güclü olacaqlar ki, piratçılar həmin oyunları artıq sındıra bilməyəcəklər. Kotaku-nun verdiyi məlumata görə PC oyunlarının pirat versiyalarını hamıdan birinci internetə yayan 3DM forumu son 12 ay ərzində bəzi oyunların sındırılmasında bir sıra problemlər ilə qarşılaşıblar. Bu siyahıda birinci yeri Dragon Age: Inquisition oyunu durur. Forumun istifadəçiləri oyunu sındırmaq üçün 1 ay vaxt sərf ediblər. FIFA 16 və Just Cause 3 kimi oyunları hələki sındırmaq mümkün olmayıb. 
     
     
    Sadalanan hər üç oyun Denuvo adlı müdafiə sistemindən istifadə edir. Bu müdafiə sisteminin yaradıcıları onu DRM müdafiə kimi deyil məhz oyunun sındırılmasına qarşı yönəlmiş müdafiə sistemi kimi qələmə verirlər. Dragon Age: Inquisition oyununun uğurla sındırılmasından sonra 3DM görülmüş işlə çox qürur duyduqlarını bildiriblər. Lakin keçən il satışa çıxmış bir sıra oyunların hələki sındırılmaması onu göstərir ki, Denuvo-nun yaradıcıları öz işlərini çox yaxşı görüblər. Bir neçə vaxt bundan əvvəl 3DM forumunun təsisçisi bunları bildirib.
    "Son zamanlar çoxları bizə Just Cause 3-ün sındırılması haqqında suallar verir. Bu suallara cavabım belədir. Sındırılma prosesinin son mərhələsi heç də asan deyil. Bizim işçimiz artıq oyunun sındırılmasından əlini üzmək üzrə idi. Lakin keçən həftə mən ona işdən əlini üzməməyi və davam etməyi tövsiyyə etdim. Mən əminəm ki, bu oyunu sındırmaq mümkündür. Lakin kodlaşdırma texnologiyalarının yeni tendensiyalarını nəzərə alsaq qorxuram ki, artıq 2 ildən sonra pulsuz oyunlar ümumiyyətlə olmasın".
    Denuvo sistemi ilə müdafiə olunmuş oyunlar sırasında Batman: Arkham Knight, Mad Max və Metal Gear Solid V: The Phantom Pain durur. Bu ay PC üçün satışa çıxmış Rise of the Tomb Raider oyunu da Denuvo sistemindən istifadə edir. Əgər piratlar onu sındıra bilməsələr oyunu istehsal edən studiyaların çoxu bu sistemdən istifadə etmək haqqında düşünəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər