Reklam
1 mesajda simbollarin sayı niyə məhz 160?

1 mesajda simbollarin sayı niyə məhz 160?

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Niyə 140 və ya 260 yox məhz 160 simboldur? 
 
 
 
Mesaj yollamaq müasir zamanda xüsusilə gənc istifadəçilərin imtina edə bilmədikləri bir vasitədir. Amma çoxları düşünür kaş ki, bu 160 simbol məhdudiyyəti olmayaydı. Sırf buna görə bir çox istifadəçi qısaltmalardan istifadə etmək məcburiyyətində qalır. Amma nəyə görə mesaj 160 simbol ilə məhdudlaşdırılıb? Niyə 140 və ya 260 yox məhz 160 simboldur? 
 
Bunun səbəbinin texniki bir zərurət olduqunu düşünmək olar. Lakin əslində isə belə deyil. Bu məhdudlaşdırmada hər hansı bir texniki səbəbi yoxdur. Bunun butun səbəbi Friedhelm Hillebrandın adı ilə bağlıdır.
 
 
1985-ci ildə rabitə tədqiqatçısı olan Friedhelm Hillebrand və bir neçə həmkarının əhəmiyyətli bir vəzifəsi vardı. Vəzifələri, daşına bilən telefonların göstərə biləcəkləri mətn əsaslı mesajlar ilə əlaqədar standartlar təyin etmək idi. Hillebrand bir mesajın ən çox necə xarakter ehtiva edə biləcəyinə qərar verməli idi . Cİhazı tədqiq edib yazmağa başladı.
İnsanların bir mesajda yazacaqları ehtimal olunan  qeydləri və sualları yazaraq bütün bir kağızı doldurdu. Sonra bu qeydlərin hamsını oxudu. Görünüşə görə 160 simbol hər bir istifadəçi üçün yetərli olacaqdı və o gündən 1 mesajda 160 simbol standart olaraq qəbul olundu. 
Ancaq müasir dövrə nəzər salsaq whatsapp,messenger,viber,line və s. proqramların meydana gəlməsi və 160 simbolun öz əhəmiyyətini itirdiyini görə bilərik.

 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Selfie nədir və nə zaman yaranıb?

Bu gün selfie artıq çox işlənən sözlər sırasına daxil ola bilib. Hər birimiz mənasını bilirik. A..

×