
1 milyon dollara domen satılır
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Dünən yəni, 1 Dekabr tarixində EX.UA adlı fayl mübadiləsi saytı öz işini dayandırdı.

Saytın əsas səhifəsində isə sayt
domeninin satılması barəsində məlumat yerləşdirildi. Domenin qiyməti 1 milyon
dollar təşkil edir. Saytın rəhbərliyi söz verir ki, satışdan əldə olunacaq
bütün vəsait uşaqların əməliyyatları üçün nəzərdə tutulacaq. Saytda olan məlumata
görə sayt sahibləri öz sözlərini tutduqları üçün domeni satışa çıxardıblar. Yəni
onlar serverləri xaricə köçürtməyəcəklər və öz layihələrini bir dəfəlik
bağlayacaqlar. Qeyd olunmuş domen qiyməti təbii ki, yüksəkdir. Çox güman ki, bu
cür qərar, rəqiblərin, adı ala bilməmələri üçün qəbul edilib. Saytın əsl qiyməti 80.000-100.000$ civarındadır. Əgər bu domeni kimsə alsa onda sözün əsl mənasında
uşaqlara yardım etmiş olacaq. Həmçinin qeyd olunub ki, domenin alınmasından əldə
olunacaq vəsaitin idarəsi ilə məşhur beynəlxalq auditor şirkəti məşğul olacaq. EX.UA nümayəndələri bildiriblər ki, yaxın zamanda özlərinin yeni bağlı
platformalarını təqdim edəcəklər. Yeni layihələri barəsində məlumatların bu ay
təqdim olunacağı gözlənilir.
Linki kopyala
Həftənin xəbərləri

