Sosial şəbəkələrdən və müəyyən sosial tətbiqlərdən müxtəlif vasitələr kimi istifadə olunur. Məşhur vasitə isə özünə dost yaxud sevgili tapmaqdır. Bəzi insanlar sırf sevgili tamaq məqsədilə sosial şəbəkələrdən istifadə edirlər. Facebook üzərində tanış olub ailə quran çütlüklərin sayı da az deyil.
Lakin bir nəfərlə tanış olan zaman nə qədər vaxt sərf edirsiniz? Əgər bu real münasibətdən söhbət gedirsə xoşunuza gələn bir nəfərlə tanış olmaq üçün azı 1 həftə bəzən 1 ay sizə bəs edə bilməz. Tanış olduqdan sonra müəyyən müddət münasibət və sonunda etiraf etmək. Gördüyünüz kimi real münasibətlər zamanı tanışlıq sizin xeyli vaxtınızı almış oldu. Bundan ilhamlanan developerlər yeni bir tətbiq hazırlayıblar. Söhbət OneHour tətbiqindən gedir. Hansı ki, 1 saat ərzində sən sevgili tapmalısan. Artıq aylar, günlər gözləməyə ehtiyac yoxdur.
Bu tətbiqi tanış olmağı asanlaşdıran və vaxt itkisini aradan qaldıran bir tətbiq kimi dəyərləndirmək olar, lakin bu tətbiq eyni zamanda cütlüklərin biribirini yaxından tanımasına mane olur və bəzi dəyərləri öldürür. Tətbiqin iş prinsipi asandır. Tətbiqə daxil olub öz selfie\'ni paylaşırsan, şəkil ilə bərabər sənin heç birin məlumatın görsənmir. Növbəti 1 saat ərzində səni bəyənən biri ilə tanış olmalısan. Əgər 1 saat keçsə, sənə aid bütün məlumatlar və şəkillər silinir. Beləcə səni hər dəfə narahat edən olmur.
Tətbiq, sizə də maraqlı gəlirsə Android və iOS platformaları üçün qeyd olunan linklərdən yükləyə bilərsiniz.
Şərh yoxdur