10 "elmi" mif

10 "elmi" mif

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Müasir dövrdə təsdiqlənmiş faktlar əsasında məntiqsiz "elmi" miflər məşhurlaşır. Həmin mifləri sizlərə təqdim edirik.
 
1-ci Mif:
 
Təkamül əsasən canlı orqanizmlərin inkişafı kimi qəbul edilir. Lakin biologiya elə hadisələrin şahidi olub ki, əvvəlki cümlənin tamamilə əksi baş verib. Rahat və sakit mühitdə heyvanlar sürətlə inkişafdan geri qalırlar. Nəticədə onlar sağ qalmaq uğrunda mühitə öyrəşə bilmirlər. Məhz bu səbəbdən vaxtı ikən dront adlı quşların nəsli kəsilmişdir. Təkamül inkişafa doğru atılmış addımdan daha çox dəyişmə və ətraf mühitə öyrəşməkdir. 
 
2-ci Mif:
 
Kosmosda insan bədəninin özünü necə aparmağı miflərin ayrı bir siyahısına aiddir. Xeyr insan bədəni nə partlamayacaq, nə saniyələr içərisində buza dönməyəcək nədə ki, bədənin qanı qaynamayacaq. Sadəcə olaraq oksigen çatışmamazlığına görə 20 saniyədən sonra insan huşunu itirəcək. Bir neçə dəqiqədən sonra isə bədən öləcək.
 
3-cü Mif:
 
Qütb ulduzu göy üzünün heçdə ən parlaq ulduzu deyil. O hətda parlaqlığına görə top-10-a belə düşmür. Top-50-ə daxil olaraq 46-cı yeri tutur. Biz sadəcə olaraq Qütb ulduzuna əsasən istiqamətlənməyə öyrəşmişik. Yer kürəsindən görünən ən parlaq ulduz isə Sirius-dur.
 
 
4-cü Mif:
 
5 saniyə qaydası (və yaxud tez götürülən düşməyən hesab olunur) elmi mifdən çox gülməli lətifəyə bənzəyir. Zərərli mikroorqanizmlər yerə düşmüş qidaya heç 1 saniyə gözləmədən keçir. Qalmışdı ki. 5 saniyə gözləmək.
 
5-ci Mif:
 
Hamımıza tanış olan Ayın qaranlıq tərəfi əslində mövcud deyil. Təbii ki, Ayın müəyyən hissəsi Yer kürəsindən görünmür. Lakin görünməyən tərəf Günəş sayəsində çox yaxşı işıqlandırılır. Buna görə də qaranlıq tərəf əvəzinə əks tərəf termini istifadə olunur.
 
6-cı Mif:
 
Beyin hüceyrələri elmi miflərə aid edilən daha bir obyektdir. Məsələn güman olunur ki, sinir hüceyrələri bərpa olunmurlar. Yaşca böyük insanlarda isə neyronlar ümumiyyətlə bölünmürlər. Lakin bunlar yalan məlumatlardır. Beyin hüceyrələri bütün həyat boyu böyüyür və dəyişirlər.
 
7-ci Mif:
 
İnsanın üstünə yüzlərlə metr hündürlükdən düşən qəpik ona heç bir xəsarət yetirməyəcək. Nəticədə maksimum insan dərisinin üzərində kiçik iz əmələ gələcək.
 
8-ci Mif:
 
Meteorit və yaxud kosmik gəminin atmosferə daxil olan zaman sürtünmə nəticəsində yaranan istilik də maraqlı aldadıcı faktlardan biridir. Əslində həmin istilik yüksək sürətlə hərəkət edən obyekti əhatə edən sıxılmış havadan yaranır (yəni mühitin aerodinamik müqaviməti).
 
9-cu Mif:
 
İldırımın bir yerə iki dəfə vurmaması fərziyyəsi əslində uydurmadır. İldirim bir yerə iki dəfə vurma qabiliyyətinə malikdir. Əsasən də həmin yer hündür ağac və ya hansısa binanın dəmir başlıqıdırsa.
 

 
10-cu Mif:
 
Qravitasiya qüvvəsinin olmaması ilə əlaqədar olaraq astronavtlar kosmosda uça bilirlər fikri tamamilə cəfəngiyyatdır. BKS (Beynəlxalq Kosmik Stansiya) da daxil olmaqla Yer kürəsinin orbitində yerləşən bütün obyektlər uçmurlar. Onlar cazibə qüvvəsinin təsiri nəticəsində Yer kürəsinin orbiti ətrafında sanki aşağı düşürlər. Hər-hansı böyük kosmik obyektdən yüksək məsafədə uzaqlaşanda qravitasiya qüvvəsi yox olmur. Sadəcə olaraq bir qədər zəifləyir.
 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×