
10 ən böyük kiber hücum
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Müasir
mədəniyyətdə xakerlər bir növ qəhrəmanlar kimi qələmə verilirlər. Onlar yeni nəsil
cihazlara sahibdirlər və sistemə qarşı mübarizə aparırlar. İş əsnasında isə
bir çox xaker hücumları adi istifadəçilərə zərər yetirməkdən başqa bir şey
deyil. Həmin hücumlardan hansılarını daha irimiqyaslı hesab etmək olar?
Baxmayaraq ki, xakerlər çox vaxt bu hücumları sadəcə əyləncə üçün edirlər, onların əsas məqsədi külli miqdarda insanın kredit kartlarının şifrələrini oğurlamaqdır. Hər il bu cür hucumlara qarşı müxtəlif qorunma sistemləri yaradılır. Lakin buna baxmayaraq xakerlər həmin sistemləri də sındırmağı bacarırlar.
Jonathan
James dahi xaker kimi məşhurlaşmışdır. Belə ki, o 15 yaşında (1999-cu il)
NASA-nın serverini sındıraraq BKS-in (Beynəlxalq Kosmik Stansiya) vacib sisemlərindən
birini ələ keçirtmişdir. Bu hadisə böyük panikaya səbəb olaraq rəqəmsal
qorunmanın tamamilə dəyişdirilməsinə gətirib çıxartdı. Kiçik yaşda olduğu üçün həbsxanadan
canını qurtaran Jonathan James 24 yaşında bilinməyən səbəblərdən vəfat etdi.

2013-cü
ildə Adobe Systems şirkətinə edilmiş kiber hücum ən məşhurlardan sayılır. Həmin
hücum zamanı 150 milyon insanın personal məlumatları və 3 milyon kredit
kartının şifrələri oğurlanmışdır.

2014-cü
ildə baş vermiş kiber hücum Mt. Gox saytından külli miqdarda Bitcoin-in
oğurlanmasına gətirib çıxartdı. Xakerlər 400 istifadəçinin məlumatlarını
oğurlamışdılar. Nəticədə 470 milyon dollar dəyərində Bitcoin oğurlandı. Bu hadisə saytın
bağlanmasına və virtual valyutanın qiymətinin enməsinə gətirib çıxartdı.

2015-ci
ilin iyun ayında ABŞ-ın şəxsi menecment ofisinə Çin xakerləri tərəfindən kiber
hücum təşkil olunmuşdu. Nəticədə 20 milyona yaxın şəxslərin məlumatları və
sosial sığortalarının nömrələri oğurlandı.

2007-ci
ildə Estoniya insanlıq tarixində ən böyük kiber hücumlardan biri ilə
qarşılaşdı. Hökumətin, prezidentin, baş nazirin, KİV saytları iki həftə müddətinə
işlənməz hala gəldi. Bank sistemi isə dayanmış halda idi. İnsanlar adi pul
köçürmələrini belə reallaşdıra bilmirdilər.

2015-ci
iln fevral ayında Anthem tibbi sığorta şirkətinə edilmiş kber hücum nəticəsində
88 milyon müştərinin məlumatları oğurlandı. Ehtimal olunurdu ki, həmin hücum
Çin xakerləri tərəfindən edilib. Oğurlanmış məlumatların içində hətda müştərilərin
sosial sığorta nömrələri də var idi.

Stuxnet
casusluq və müxtəlif müəssisələr üçün təxribatların hazırlanmasında istifadə
olunan ən məşhur komputer virusudur. Güman olunur ki, bu virus İranın nüvə
proqramına qarşı ABŞ və İzrail tərəfindən hazırlanıb.

İndiyənə
kimi hərbi komputerlərə edilmiş ən böyük kiber hücum ilə təqsirli bilinmiş
şotlandiyalı xaker Gary McKinnon ABŞ-ın hərbi təşkilatlarına hücum edərək 2000
komputeri sıradan çıxartmış və bir çox məlumatları oğurlamışdır. Xakerin sözlərinə
görə isə o UFO və antiqravitasiyanın yaradılması haqqında məlumatları tapmaq
üçün bu hücumu etmişdir.

2014-cü
ildə Çin xakerləri ABŞ-ın hərbi bazalarını sındıraraq yeni silah növlərinin 20-ə
yaxın çertyojlarını oğurlamışdılar.

17-19
Aprel 2011-ci il tarixlərində LulzSec adlı xaker qruplaşması PlayStation Network internet
servisinə hücum edərək 77 milyon istifadəçinin məlumatlarını və 10.000-ə yaxın
kredit kartın nömrələrini oğurlamışdı. İstintaq ilə əlaqədar olaraq PlayStation
öz servisini 1 aylıq bağlamaq məcburiyyətində qalmışdı.

Linki kopyala
Həftənin xəbərləri

