10 maddədə iPhone SE və iPhone 6S müqayisəsi

10 maddədə iPhone SE və iPhone 6S müqayisəsi

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Apple\'ın 4 düymlük telefonlar arasında ən güclü təchizata malik telefon  olduğunu iddia etdiyi iPhone SE’ni, 4.7 düymlük admiral gəmisi iPhone 6S ilə müqayisə etdik. Hər iki cihazın oxşar və fərqli cəhətlərini, həmçinin diqqət çəkən xüsusiyyətlərini sizlər üçün bir yerə topladıq.

Apple\'ın səbrsizliklə gözlənilən yeni telefonu iPhone SE təqdim edildi. Ən güclü 4 düymlük telefon olduğu iddia edilən iPhone SE\'nin, 4.7 düymlük iPhone 6S ilə oxşar və fərqli cəhətlərinə birlikdə baxaq.

10 maddədə iPhone SE və iPhone 6S müqayisəsi

1. Dizayn: Ölçüyə uyğun cizgilər

iPhone 6 ilk dəfə təqdim ediləndə, 4.7 düym ekrana görə ölçüsü artmış və qıvrımlı dizaynı ilə qarşımıza çıxmışdı. Apple, bu dizaynın telefonu tutmağı asanlaşdırdığını demişdi. iPhone SE\'nin ölçüsü kiçik olduğu üçün əldə tutmaq çətinlik törətmir, ona görə də iPhone 5 seriyasındakı dizayn ilə qarşımıza çıxıb.
 
 

Dizayna görə iki model arasından hər hansı birini önə çıxarmaq mümkün deyil. Çünki, hər iki model öz kateqoriyasında çox bəyənilir. Buna görə də şəxsi seçimlər əsas rol oynayır. Digər tərəfdən iPhone SE kənardan baxdıqda iPhone 5/5S’dən  heç də fərqlənmir. Əsas üstünlüyü isə iPhone 6S\'də olan kamera çıxıntısının iPhone SE’də olmamağıdır.

2. Ekran: Üstünlük iPhone 6S\'dədir.

Ekran ölçüləri haqqında danışmayaq, çünki, tamamilə şəxsi seçimdən asılıdır. Ekranların tekniki xüsusiyyətlərinə nəzər yetirsək, PPI və parlaqlıq dəyərinin hər iki cihazda da eyni olduğunu deyə bilərik.

326 ppi və 500 cd/m2 maksimum parlaqlığa sahib cihazlarda kontrast nisbətinə görə iPhone 6S öndədir. Cihazın sahib olduğu 1400:1 kontrast nisbətinə qarşı iPhone SE 800:1 kontrast nisbəti ilə gəlir. iPhone 6S’in 3D Touch ekran funksiyası da müsbət cəhət kimi iPhone SE\'dən öndədir.

3. Ölçü və çəki: Normal fərqlər

İki cihazın ekran ölçüsü ve hissələri fərqli olduğu üçün ümumi ölçü və çəki fərqliliyi də normaldır. İncəlik baxımından 4.7 düym ekrana sahib olsada, iPhone 6S bir addım öndədir. iPhone 6S 7.1 mm qalınlığındadır, iPhone SE isə 7.6 mm qalınlığındadır. Çəki baxımından isə iPhone SE öndədir. iPhone SE 113 qram, iPhone 6S isə 172 qramdır.
 


4. Prosessor: Hansında daha güclüdür ?

Məncə iPhone SE’nin ən üstün cəhəti, admiral gəmisi telefonun prosessoru ilə eyni prosessora sahib olmasıdır. iPhone 6S\'də istifadə edilən A9 və M9 prsessor birbaşa iPhone SE’də də istifadə olunub. Apple, "Ən güclü 4 düymlük telefon” iddiasının haqqını vermək üçün iPhone SE’də ən güclü çipsetlərdən istifadə edib. Beləliklə, yeni iPhone SE, 4 düym ekrana sahib güclü cihaz istəyənlərin performans baxımından tərəddüt etməyəcəkləri bir cihaza çevrilib.

5. Mobil və Simsiz rabitə: 4.5G hansı modeldə var ?

Bu iki model arasındakı ən əsas fərqlərdən biri də LTE Advanced dəstəyidir. iPhone 6S modeli 4.5G mobil internet texnologiyasını dəstəkləyir, amma iPhone SE modeli 4.5G texnologiyasını dəstəkləmir. Wi-Fi texnologiyasında isə iPhone 6S MIMO funksiyalı 802.11a/b/g/n/ac standartını da dəstəkləyir.
 



6. Touch ID: iPhone 6S yenə öndədir.

Hər iki cihazda da Touch ID funksiyası var, ancaq kiçik bir fərqlə. iPhone 6S’də barmaq izi sensorunu sürətləndirən 2-ci nəsil Touch ID istifadə edilib, amma iPhone SE’də 1-ci nəsil Touch ID istifadə edilib və aradakı fərq açıq-aşkar hiss edilir.

7. iSight Kamera: Mütləq bərabərlik

Apple’ın arxa kameraya verdiyi ad iSight kamera adlanır. Hər iki cihaz arasında bu kamerada mütləq bərabərlik var. 12 megapiksel dəqiqlikdə şəkillər çəkən iSight kamera, 2.2 diafraqma açıqlığında linzaya sahibdir. Live Photos, True Tone fləş, Focus Pixels funksiyalı avtofokus və əllə quraşdırılan fokus, üz tanıma, ardıcıl çəkiliş modu və 63 megapikselə qədər panaroma çəkiliş kimi funksiyalar hər iki cihazda var.
 


8. FaceTime Kamera: iPhone SE’nin ən zəif nöqtəsi

iPhone 6S’in iPhone SE’dən ən böyük üstünlüyü bəlkə də FaceTime kamera funksiyasındadır. Yəqinki, selfie’nin məşhurluğunu xatırlatmağımıza ehtiyac yoxdur. iPhone 6S’in 5 megapiksel və 2.2 diafraqma açıqlığına sahib ön kamerasına qarşı iPhone SE’nin 1.2 megapiksel və 2.4 diafraqma açıqlığına sahib ön kamerası bir az zəif qalır. Hər iki FaceTime kamera 720p keyfiyyətdə video çəkə bilir.
 
9. Video çəkiliş: Mütləq bərabərlik 2

Apple iPhone SE modelində şəkil çəkilişində olduğu kimi, video çəkilişində də, iPhone 6S modelində olan bütün texnologiyalardan istifadə edib. Hər iki cihaz, saniyədə 30 fps 4K video çəkiliş və ya saniyədə 30/60 fps Full HD video çəkiliş edə bilir. Slow motion çəkilişdə də funksiyalar eynidir. Cihazlar saniyədə 120fps Full HD video, saniyədə 240fps 720p video çəkiliş edə bilir. Kəsintisiz avtofokus, sinema video stabilizasiyası, videolara məkan məlumatı əlavə etmə kimi funksiyalar da ortaqdır.
 


10. Rəng seçimləri və yaddaş: iPhone SE bir addım geridədir.

Hər iki model üçün də silver, space gray, gold, rose gold seçimləri var. iPhone 6S\'də 16, 64 və 128 GB olaraq artan yaddaş seçimlərinə qarşı, iPhone SE modelində sadəcə 16 və 64 GB yaddaş seçimləri var.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini hack etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: Günlərin birində Tesla , Apple dan daha bahalı şirkət olacaq ..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×