10 tibbi mif

10 tibbi mif

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Biz insanlar ümumi kütlənin fikirlərinə əsaslanaraq yoxlanmamış məlumatlara inanmağa öyrəşmişik. Bu hall çox zaman insan sağlamlığı ilə əlaqəlidir. Bəzi tibbi miflər o dərəcədə beynimizə həkk olunub ki, biz onları artıq teorem kimi qəbul edirik. Əslində isə həbəs yerə bu cür edirik. Ən məşhurları isə o miflərdi ki, hansı hallar sizin həyatınıza son qoya bilər hansılar isə yox. Məhz bu cür fikirlər çox zaman yanlış olur. Bu baxımdan nəyəsə qərar verən zaman ona əsaslanan məlumatı dəqiqliklə müşahidə etmək lazımdır.

Hipotermiya yalnız soyuq havada baş verir. Hipotermiya (və ya insan bədəninin temperaturunun aşağı düşməsi) təkcə qışda deyil yay fəslində belə baş verə bilər. Məsələn əgər siz küləkli havada soyuq suda çimirsinizsə onda hipotermiyaya düşə bilərsiniz. Bu halda siz ölümcül dərəcədə donmayacaqsız. Lakin bəzi mənfi cəhətlər istər-istəməz aşkara çıxacaq.


Duz ağ ölümdür. Ən çox yayılan qida ilə əlaqəli tibbi miflərdən biri də duzla bağlıdır. Əslində isə tərkibində ölümcül dərəcədə duz miqdarı olan  qidalar barmaqla sayılacaq qədərdilər. Özünü duz qəbulunda məhdudlaşdırmaq lazım gələn xəstəliklər isə daha azdır.

Avtomobil qəzası zamanı ən təhlükəlisi ölümcül dərəcədə zərbə almaqdır. Burda açar söz "zərbə”-dir. Yəni xarici zədə almaq. Əslində isə avtomobil qəzası zamanı daxili orqanların zədə alma ehtimalı xarici zərbə ehtimalı kimi vacibdir. Daxili orqanların zədələnməsi nəticəsində insanlar öz həyatlarını itirirlər. İnsanın daxili orqanları fəzada avtomobilin hərəkət etdiyi sürətlə hərəkət edir. Nəticədə avtomobilin ani dayanışı həmin orqanları zədələyə bilər.

Qayahörümçəyinin insanı dişləməsi ölümcül haldır. Baxmayaraq ki, qayahörümçəyinin qorxulu görünüşü var və o həqiqətən də zəhərli maddə daşıyıcısıdır, əgər insanda hər-hansı bir allergiya xüsusiyyəti yoxdursa qayahörümçəyin insanı dişləməsi heç bir təhlükə daşımır.

Görmə əngəlli insanlar görə bilmirlər. Nə qədər qəribə görünsə də bəzi hallarda görmə əngəli görmə qabiliyyətinin tamamilə sıradan çıxması demək deyil. Görmə əngəlli bəzi insanlar aldıqları travmalar nəticəsində fikirlərini cəmləyərək əşyaların konturlarını görə bilirlər.

Stress mədə xorası xəstəliyinə gətirib çıxardır. Stress həqiqətən də insan orqanizmini zəiflədir və bəzi xəstəliklərə yol açır. Lakin bir başa mədə xorası xəstəliyinə gətirib çıxartmır.

 

İdmandan öncə bədəni qızışdırmaq lazımdır. İlk baxışdan burda qəribə heç bir şey yoxdur. Məhz bu məsləhəti bütün həkimlər və idman müəllimləri insanlara verirlər. Lakin idmandan öncə insan bədəninin qızışması düzgün yerinə yetirilmədiyi və uzadıldığı halda lazımsız və təhlükəli ola bilər. Nəticədə hər bir məşqin effektivliyi minimuma enə bilər.

Sıx büstqalter döş xərçənginə gətirib çıxardır. Bu mif çox geniş yayılsa da onun sübut olunması üçün heç bir elmi əsas yoxdur. Təbii ki, bu çox sıx büstqalter geyinməyə əsas vermir.

Az hərəkətdə olmaq ürək tutması riskini azaldır. Ürək dayanması planetimizdə ən çox yayılmış ölüm hallarından biridir. Lakin tənbəl həyat tərzi sizi ürək tutmasından qorumayacaq. Əksinə bu halın baş vermisini sürətləndirəcək.

Onurğa sütununun zədələnməsi müalicə olunmur. İnsanlara elə gəlir ki, əgər onlar bel hissəni ciddi şəkildə zədələyiblərsə deməli onlar artıq yeriyə bilməyəcəklər. Əslində isə intensiv məşqlərin və lazımi qulluğun aparılması nəticəsində insan ən ağır bel zədələrindən sonra belə yeriyə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×